14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Maşın” şouda iştirakçı olmağa 30 min? – Qalmaqal

09 Oktyabr 2019, 16:26
Seçmə, Maqazin
A A
“Maşın” şouda iştirakçı olmağa 30 min? – Qalmaqal

Xalq artisti Nəzakət Teymurova “Maşın” şouya heç vaxt qatılmayacağını, yüngül şeylərə görə sənətini heç etməyəcəyini bildirib. “Şou ilə bağlı təklif gəlməyib. Bir çox şeylər nə mənə, nə də sənətimə uyğundur.

Amma Murad Dadaşovun özündən təklif gəlsə belə, qəbul etmərəm. Sənətimi o maşından və var-dövlətdən yüksəkdə tuturam. Sənətimi çox sevirəm. Yüngül şeylərə görə özümü və sənətimi heç edə bilmərəm”, – deyə xanəndə bildirib

Bəs həqiqətənmi “Maşın” şouya qatılmaq iştirakçıların sənətinə, işinə mənfi təsir edir? Mövzu ilə bağlı “Maşın”  şounun iştirakçısı olan bəzi şou-biznes nümayəndələri ilə əlaqə saxladıq.

Xalq artisti Bilal Əliyev şouda iştirakından peşmançılığını dilə gətirib:

“Ümumiyyətlə, mən özüm kimi insanlara məsləhət görmürəm ki, orada iştirak etsinlər. Çünki, sonu çox pisliklə qurtarır, insanlar çox dava edir və bir-birini aldadırlar. Kimsə nəyəsə and  içir, sonra isə sözünü tutmur. Xeyli söz-söhbət əmələ gəlir. Ona görə də, mən şəxsən istəməzdim, həmin şouda olum. Əlbəttə, bəzən ola bilir ki, iştirakçının sənətinə də qismən xələl gəlsin. Haradasa, təxminən.

Məsələn, dayanmısan orada, ağıllı adamsan, seçimini çox gözəl edə-edə gedirsən. Amma kimsə orada kəmfürsət  hərəkət edə bilər. Məsələn, bəziləri düşünür ki, mən cavanam, enerjili adamam və dayana bilərəm axıra qədər.  Amma elə bir şey ola bilir ki, elə insan çıxır oraya, deyir ki, mən filankəsi çıxarmayacağam, lakin hiylə işlədir. Sonra götürür səni çıxardır. Ondan sonra artıq xalq arasında başlanır ki, “O kim idi, səni çıxardı?” filan… Ona görə də Nəzakət xanım düzgün seçim edir, getmir”.

Prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik)  Nəzakət Teymurovanın şouda iştirakını düzgün saymadığını deyib:

“Bilirsiniz, Nəzakət xanım özü sənətkardır. Nəzakət xanımın gedib xalqın qarşısında bir maşına görə, əlini qoyub dayanmağı düzgün deyil. Bu realiti-şou dünyanın hər yerində var. Murad Dadşov 14 ildir, bunu Azərbaycanda edirsə, bunu  gənclər üçün edir. Amma bəzən yaşlı nəsilə də şans verir ki, onlar da maşına sahib çıxa bilsinlər. Bu yaşlarında heç olmasa elə-belə udsunlar bu maşını. Bu o demək deyil ki, oraya ancaq sənətkarlar yığılmalıdır. Orada cavanlar olmalıdır, çünki 5-6 saat ayaq üstə dayanırsan, qalmaqallar, stress… Sizcə, kim cürət edər?

Təsəvvür edin ki, bir cavan var, yanında da Nəzakət Teymurova. Hansı cavan onun çıxması üçün xalqdan səs istəyər? Fikirləşin ki, Nəzakət xanım çıxıb orada deyir ki, mənə səs verin, filankəsi çıxaracağam. (Gülür) Əslində, onların sənətləri toxunulmazdır, amma oraya düşmək istəyən müğənnilər var ki, bir gün qalıb iştirakçı olmaq üçün belə 20-30 min verməyə razıdırlar. Amma bildiyimə  görə, Murad Dadaşov şouya dəvət üçün heç vaxt, heç kimdən pul almır”.

Əməkdar artist Mehriban Xanlarova şouda iştirakın sənətə heç bir dəxli olmadığını, bu mövzuda Xalq artisti ilə razılaşmadığını vurğulayıb: 

“Vallah, mən özüm bilirsiniz ki, bir neçə dəfə həmin şouda olmuşam. Mənim nə sənətimə, nə adıma şounun heç bir təsiri olmayıb. Mən iştirakçı olduğum vaxt, yeri gələndə zövq almışam. Düzdü, stress, əsəb keçirirsən. Haqqı sübut etmək üçün bəzi çətinliklər çəkirsən, amma buna baxmayaraq, şouda iştirak mənə ləzzət edib. Bunun mənim adıma, əməkdar artist olmağıma nə dəxli var? Başa düşmədim, biz orada nə edirik ki? O da bir oyundu, şoudur. Ya udursan, ya da uduzursan, vəssalam. Yeri gələndə insanların, elə özüm də daxil olmaqla iç üzünün açıldığı yerdir. Görünməyən tərəflərimiz o qədər var ki, insanlar görünməyən tərəflərini o qədər gizlədirlər ki…”

“Maşın”  şounun üç dəfə iştirakçısı  olan Allahverdi Yolçuyev də Nəzakət Teymurova ilə razılaşmayıb:

“Xeyr, bu bir oyundur. Əslində, elə içi mən qarışıq, hamımız oyun oynayırıq. Orada Xalq artisti  də var, Əməkdar artist də var. Oyunda Rafael Dadaşov da,  Valeh Kərimov da, Şərqiyyə xanım  da olub. Yəni bizim ağsaqqallarımız, böyük sənətkarlarımız da  iştirak edib. Bu həyat tərzini dəyişdirmək üçün maraqlı bir oyundur. Hər halda, insan orada öz xarakterini göstərir, oyun oynayır. Nəzakət xanımın fikirləri ilə razı deyiləm. Hərənin öz düşüncəsi var, hərə bir cür fikirləşir. Nə deyə bilərik?  Güclə deyəsi deyilik ki, yox, sən belə fikirləşmə”.

Əvvəlki yazı

Bakı polisindən deputatın iddialarına – Reaksiya

Sonrakı yazı

“Zirə”nin yeni baş məşqçisi açıqlandı – Rəsmi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.