Azərbaycanda bağçalar, məktəblər və universitetlər fəaliyyətini dayandırıb.
Reportyor.info xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
O, qeyd edib ki, koronavirusun yayılması səbəbindən martın 3-dən 9-dək bağçalar, məktəblər və universitetlər bağlı olacaq.Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, yayılan məlumat yanlışdır, belə bir qərar yoxdur: “Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmasınlar. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”.
Discussion about this post