Eqoist və bölünmüş Avropa istəmirəm.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İtaliya mətbuatına açıqlamasında deyib.
Makron güclü Avropa müqaviməti olmadan bu böhranın öhdəsindən gələ bilməyəcəklərini bildirib:
“Avropa bu dönəmdə güclü və bir olmalıdır. Mən eqoist və bölünmüş Avropa istəmirəm. Çin və Rusiyanın koronavirusla mübarizə çərçivəsindəki yardımlarından danışılır. Bəs, Fransanın İtaliyaya 2 milyon maska və önlük yardımından niyə bəhs etmirlər?” – Makron bildirib.