16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MADURONUN HAKİMİYYƏTDƏN ƏL ÇƏKMƏSİ ÜÇÜN ÜÇ SSENARİ:getmək, yoxsa qalmaq daha çox itkiylə başa gələcək? – TƏHLİL

15 Fevral 2019, 21:52
Manşet
A A
MADURONUN HAKİMİYYƏTDƏN ƏL ÇƏKMƏSİ ÜÇÜN ÜÇ SSENARİ:getmək, yoxsa qalmaq daha çox itkiylə başa gələcək? – TƏHLİL

Andres Oppenheymer

“La Nación” (Argeintina), 14.02.2019

 

Anlatmağa keçməmişdən qabaq son hadisələri şərh edirik: Meksika və Uruqvayın Venesueladaxili dialoq üçün yaratdığı Beynəlxalq Təmas Qrupu deyilən qurum çətin ki nəyəsə nail olsun. Quaydonun bu yaxınlarda müsahibənin gedişində mənə dediyi kimi, Maduro ilə daha bir “saxta dialoq”a girmək niyyətində deyil. Maduro son illərdə müxalifətlə dialoqdan, ən azı, dörd dəfə yararlanıb ki, vaxtı uzatsın, sonra isə dünya ictimaiyyətinin diqqəti başqa problemlərə keçən kimi, siyasi rəqbilərini həbsə atsın.

Quaydo mənə dedi – bu dəfə keçid hökuməti azad seçkilər keçirənə qədər Maduro getməli olacaq.

Bundan başqa, Meksika və Uruqvay “neytral ölkə” deyil. Onlar Maduronu hələ də Venesuela prezidenti sayırlar.

O biri yandan, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, Avstraliya, Kanada, Braziliya, Argentina və Qərbin başqa demokratiyalarının çoxu Quaydo hökumətini qəbul edir.

Deməli, üç mümkün ssenariyə baxmağa keçək:

Birinci ssenari: Maduro etibar qazanmış beynəlxalq müşahidəçilərin iştirakıyla azad seçkilər keçirməyə icazə verməyə məcburdur. Venesuela neftinin (Maduro rejiminin əsas gəlir qaynağının) ixracatını mümkünsüz edən ticarət embarqosu üzündən və beynəlxalq humanitar yardım gətirən yük maşınlarının ölkəyə qaytarılmasını tələb edən venesuelalıların artan küçə etirazları, sərhədə yığılmış hərbçilər Maduronu azad seçkilər keçirmək üçün razılaşmağa vadar edəcəklər.

Maduro Nikaraquada ötən yüzillikdə 1990-cı il seçkiləri və Filippində 80-ci illərdə baş verdiyi kimi, özü və generalları üçün məqbul şərtlər əldə edir. Maduro sonra seçkiləri uduzur və Kubaya gedib “Telesur” kanalında təbildə çalıb oxuyaraq, rəqs edərək Amerika imperializmini qarğıyaraq teleşou aparıcısı kimi yeni həyata başlayır.Mənim fikrimcə, belə bir ssenarinin həyata keçmə ehtimalı 50%-ə bərabərdir.

İkinci ssenari: Maduro sonsuz müddətə hakimiyyətdə qalır.

Venesuela diktatoru Rusiya və Çinin yardımıyla hakimiyyəti saxlamağa nail olur. Kubada baş verdiyi kimi, Venesuelada humanitar böhran artır və milyonlarla vətəndaş ölkədən qaçır. Maduro bu qayda ilə əsas kütləsini yoxsullaşan dövlət qulluqçuları təşkil edən az sayda adamı ərzaqla təmin edəcək. Hökumətin payladığı ərzaq payları üzərindən onlara nəzarət etmək asan olacaq.

Bütün işlər bundadır ki, Braziliya və Kolumbiya, növbəti milyonlarla adam bu ölkələrə can atarkən bu aclığa dözməyəcək. Güman etmirəm ki, Rusiya və Çin Maduroya böyük maliyyə yardımı göstərər. Belə bir ssenarinin həyata keçmə ehtimalı 30%-ə bərabərdir.

Üçüncü ssenari: ABŞ-ın, ya da çoxmillətli güclərin hərbi müdaxiləsi. Keçən əsrin 80-ci illərində Panamada baş verdiyi kimi, Amerika məhkəməsi “narkoticarət” maddəsiylə Maduroya və generallarına hökm çıxardır ki, bu da ABŞ tərəfdən hərbi müdaxiləyə gətirir. Ya da ötən əsrin 80-ci illərində Karibin Qrenada adasında baş verdiyi kimi, ABŞ, guya, Kuba və Rusiyanın bu ölkəni işğal etdiyi bəhanəsilə Venesuelaya müdaxilə edir. Amma Panama ordusunda 21 min, Qrenadada isə iki minə yaxın hərbçi vardısa, Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, Venesuela silahlı güclərinin sayı 351 min nəfərə çatır. Bəzi ekspertlərin dəyərləndirdiyinə  görə, ABŞ Venesuelaya müdaxilə nəticəsində 100 mindən çox hərbçisini itirəcək.

Ola bilsin, 1965-də Dominikan Respublikasında, ya da 1992-də Bosniyada olduğu kimi, panamerika gücləri və yaxud BMT kontingentinin göndərilməsi haqda xahişlər gələcək. Amma Latın Amerikası ölkələrinin çoxu bu əməliyyata qatılmaq istəməyəcək, Rusiya və Çin isə BMT TŞ-nin Venesuelaya müdaxiləni sanksiyalaşdıran istənilən qətnaməsinə veto qoyacaq. Belə bir ssenarinin həyata keçirilmə ehtimalı 20%-ə bərabərdir.

Deməli, indiki çoxalan beynəlxalq diplomatik və iqtisadi sanksiyalar dalğası Maduronun qanunsuz rejimini hakimiyyətdən əl çəkməyə vadar etməkdə ən yaxşı – və ola bilsin, ən gerçək – imkanı ifadə edir. Basqı çoxalarsa, onda Maduro gedə bilər.

Tərcümə Strateq.az-ındır. 

 

Əvvəlki yazı

Hürrəm Sultanın Sultan Süleymana yazdığı məhəbbət məktubları açıqlanıb:“Bu xatirələrin sayəsində təsəlli tapıram”

Sonrakı yazı

Prezident Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb –Sərəncam

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.