Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib (FOTO)

19 İyul 2019 - 20:05
333 oxunma

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, komissiya ilk olaraq “Vest Produkt Marketinq” MMC-nin direktoru M.Tağıyevin “Birincitv.az” internet portalının baş redaktoru Elçin Əlibəyliyə qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci prinsipinin (Həqiqətə xidmət, dəqiqlik və obyektivlik) 1.2 maddəsinin tələbləri pozulub (jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır). Şirkət barədə ciddi ittihamların yer aldığı yazılarda faktların dəqiqləşdirilməsi üçün lazımi addımlar atılmayıb. Buna görə də “Birincitv.az” internet portalına xəbərdarlıq edilməsi barədə rəyə gəlinib.

Komissiya üzvləri AMİP mətbuat katibi vəzifəsini icra edən Əli Orucovun “Reaksiya TV” internet televiziyasının rəhbəri Zaur Qəriboğluna qarşı şikayətini də araşdırıb. Bununla əlaqədar əlavə araşdırmalara ehtiyac olduğundan məsələnin Şuranın Katibliyində ətraflı araşdırılması məqbul sayılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"