13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mətbuat Şurasında bəzi saytlarla bağlı şikayətlər araşdırılıb – Komissiyanın növbəti iclası keçirilib

16 Yanvar 2019, 22:01
Cəmiyyət
A A
Mətbuat Şurasında bəzi saytlarla bağlı şikayətlər araşdırılıb – Komissiyanın növbəti iclası keçirilib

“Tezadlar.az” saytı üzrə materiallar Mətbuat Şurasının  “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına, monitorinq qrupuna yönləndirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Xəzər rayonu, Binə Bələdiyyəsinin sədri H.Həmidovun “ARAMA” jurnalına qarşı şikayətini nəzərdən keçirən komissiya üzvləri müəyyən ediblər ki, özünü “ARAMA” jurnalının əməkdaşları kimi qələmə verən şəxslər davranışlarında sui-istifadə hallarına yol vermiş, şəxsi xarakterli mübahisələrinin həlli üçün jurnalist adından istifadəyə cəhd göstərmişlər. “ARAMA” jurnalına MŞ adından ciddi xəbərdarlıq edilib.

Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın “Open.az” saytına qarşı şikayətinin müzakirəsi zamanı müəyyənləşdirilib ki, sayt əməkdaşları Fəridə Əzizova və onun qohumu Aysel İsgəndərova barədə hazırlayıb yaydıqları xəbərlərdə ciddi xətalara yol veriblər. Belə ki, informasiya qondarma faktlar üzərində qurulmuş, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilməmişdir, qarşı tərəfin rəyi öyrənilməmişdir. Sayt redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri, saytda təkzib verilməsi, narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq addımlar atılması yönündə rəy veriblər.

İclasda Vətəndaş Quliyev Şakir Sabir oğlunun və Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in professor-müəllimlərinin “Tezadlar.az” saytına qarşı şikayətləri də araşdırılıb. Komissiya üzvlərinə ünvanlanmış müraciətdə iddia olunub ki, saytda UNEC barədə qısa müddət ərzində 200-ə yaxın məqalə dərc edilib. İddiada qeyd edilib ki, yayımlanmış məqalələrdə böhtan xarakterli məqamlar yer tutub, qarşı tərəfin rəyi isə öyrənilməyib, balans prinsipi pozulub.Saytın baş redaktoru Asif Mərzili isə bildirib ki, hazırlanmış məqalələrdə balans prinsipinin qorunmasına, qarşı tərəfin mövqeyinin öyrənilməsinə cəhd göstərilib, amma qarşı tərəfdən cavab almaq mümkün olmayıb.

Bununla yanaşı, Komissiya müəyyən edib ki, son vaxtlar “Tezadlar.az” saytı barədə MŞ-yə gələn şikayətlər intensivləşib, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) əksər prinsipləri pozulub.

Asif Mərzili cavabında bildirib ki, bu şikayətlərin çoxu məqsədli şəkildə maraqlı şəxslər tərəfindən təşkil etdirilib. Komissiya üzvləri mübahisəli məqamların çoxluğunu, həm iddialarda, həm də verilən cavablarda boşluqların olduğunu, dəqiqləşdirilməyə ehtiyacın yarandığını nəzərə alaraq qərara gəliblər ki, qeyd edilən KİV-in fəaliyyətinin və şikayət doğuran materialların geniş araşdırılması üçün “Təzadlar” qəzeti və onun onlayn versiyası olan “Tezadlar.az” saytı üzrə materiallar MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına, monitorinq qrupuna yönləndirilsin.

Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbinin müəllimi Yusifova Gülnar Novruz qızı “Xeberman.com”, “Doqruxeber.com,” “Teref.az”, “Azadqadin.az” və “Xeberaz.az” saytlarına qarşı şikayətinin araşdırılması zamanı sayt təmsilçiləri bildiriblər ki, şikayətçidə narahatlıq doğuran “Beyləqan məktəbində rəzalət” adlı məqaləni digər KİV-ə istinadən yayıblar. Amma həmin KİV barədə məhkəmə hökmünün çıxarıldığını və məqalədə əks olunan detalların yanlışlığı barədə məlumatı aldıqdan sonra xəbərin yayımına xitam veriblər. Bu baxımdan mübahisə həll edilmiş sayılıb.

“Cənnət-M” MMC-nin direktoru Əhmədov Yaşar Misir oğlu və vətəndaş Əliyeva Zəminə Elman qızının “Olke.az” saytına qarşı müraciəti də araşdırılıb. Müəyyən edilib ki, sayt əməkdaları şikayət doğuran materialı məhkəmə sənədləri əsasında hazırlasalar da, əlavə edilən faktlarda və jurnalist şərhində ciddi təhriflərə yol veriblər. Məqalədə adı keçən şəxslərin mövqeyinin öyrənilməməsi nəticəsində balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. Komissiya qarşı tərəfə öz mövqeyini ifadə üçün şərait yaradılması, yanlış faktların aradan qaldırılması yönündə rəy verib.

Əvvəlki yazı

Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı

Sonrakı yazı

Fikrət Məmmədov Ali Məhkəmənin hakimlərini topladı:”Qanunun aliliyi, məhkəmə qərarlarının ədalətliliyi təmin olunsun”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.