19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət etdi

24 Noyabr 2020, 10:24
Seçmə
A A
Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət etdi

Söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir. Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən Rusiya Federasiyasında da bu kimi məsələlər fundamental əhəmiyyətə malikdir. Ancaq bizi təəccübləndirən bir sıra məqamlar var ki, müraciətimiz onlardan biri ilə bağlıdır. Söhbət “WarGonzo” layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovdan, daha doğrusu, bu şəxsin fəaliyyətindən gedir.
Reportyor.info xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciətində deyilir.
Qeyd olunub ki, Azərbaycan ictimaiyyəti, o cümlədən media ictimaiyyəti qəbul edir ki, hazırda bütün dünyanın diqqət mərkəzində dayanan Qarabağ münaqişəsi kimi problemə münasibətdə fikir müxtəlifliklərinin mövcudluğu təbiidir.
“İndiyədək ədalətsiz saydığımız çoxsaylı jurnalist məqalələri, reportajlar görmüşük. Ayrı-ayrı siyasi motivlərin aşkar duyulduğu belə yanaşmaları qeyri-obyektiv qiymətləndirsək də, hesab etmişik ki, hər kəsin bizim düşündüyümüz tərzdə düşünməməsi normaldır. Lakin Semyon Peqovun məsələyə yanaşması fikir müxtəlifliyi ilə bağlı bütün kriteriyaları və normaları aşır. O, Azərbaycan qanunlarına zidd şəkildə Qarabağda fəaliyyət həyata keçirməklə yanaşı, malik olduğu internet resursun köməyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, milli düşmənçiliyin və ədavətin qızışdırılmasına yönələn açıq çağırışlar edir, Azərbaycanın rəsmi qurumları tərəfindən yayılmış məlumatların doğruluğunu əsassız, cəfəng mülahizələrlə şübhə altına alır. Belə yanaşma ümumən Cənubi Qafqaz regionunda davamlı sülhün təminatına, sabitliyin qorunmasına yönələn təşəbbüslərə kölgə salır. Onu da düşünək ki, hazırda bu şəxsin pozmağa çalışdığı sülh və sabitliyin əldə edilməsinə Rusiya dövləti çox ciddi cəhdlə çalışır, vasitəçi missiyasını konkret işi ilə ortaya qoyur.
Semyon Peqovun birtərəfli mövqeyinin, heç bir real fakta əsaslanmayan, təxribatçı düşüncələrinin Rusiyanın nüfuzlu media orqanlarında yayıldığını da görürük. Bu, dərin təəssüf hissi doğurmaqdadır. Bir daha bildiririk ki, onun səsləndirdikləri, irəli sürdüyü iddialar, habelə ona fikir bildirmək üçün yaradılmış şərait söz və ifadə azadlığının, plüralizmin, obyektivliyin göstəricisi sayıla bilməz. Nəzərə alaq ki, Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan halda yaranan haqlı təəssürat budur ki, jurnalist adı ilə hərəkət edən bir nəfər, konkret olaraq Semyon Peqov kifayət qədər həssas bölgədə düşmənçiliyi yenidən alovlandırmaq niyyəti güdür, münaqişənin bu gün üçün əldə edilmiş ən optimal həllinə qarşı çıxır. Onun spekulyativ mövqeyi təhlükəlidir.
Azərbaycan Mətbuat Şurası və Azərbaycan jurnalistləri Rusiyanın media ictimaiyyətini, media orqanlarını Semyon Peqov adlı şəxsin jurnalistika adı altında gerçəkləşdirdiyi xoşagəlməz fəaliyyətə biganə qalmamağa çağırır. Bildiririk ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri Qarabağla bağlı həqiqətləri görmək, düzgün nəticə çıxarmaq üçün kifayət qədər ciddi resurslara, alternativ mənbələrə malikdir. İnanmaq istərdik ki, onlar ədalət axtarmaq istəyirlərsə, məhz bu resurs və mənbələrə üz tutacaq, Semyon Peqov, eləcə də onun kimilərinin konkret siyasi məqsədlərə hesablanmış mülahizələrindən uzaq duracaq, belələrinə münasibətdə ictimai qınaq tədbirlərini artıracaqlar. Əmin edirik ki, bu məsələdəki prinsipiallıq və qətiyyət həm söz və ifadə azadlığından sui-istifadənin qarşısını almaqdır, həm də Qarabağ münaqişəsinə münasibətdə ədalətli yanaşmaya, bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün, əminamanlığın təminatına mühüm töhfədir. Bu qətiyyət və prinsipiallıq, həmçinin Qarabağ münaqişəsi müstəvisindəki digər ziyanlı tendensiyaların aradan qaldırılmasına yönələn məqsədyönlü müştərək dəstəkdir. Biz, Azərbaycan jurnalistləri olaraq, Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyətini, kütləvi informasiya vasitələrini bu istiqamətdə həmrəyliyə çağırırıq”.
Əvvəlki yazı

Azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri qorxutdu

Sonrakı yazı

ABŞ-da hakimiyyətin ötürülməsi başlanıldı – Tramp nəticələri tanımır

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.