Mətanət: “Məndən əxlaqlısı yoxdur” – Foto

13 Noyabr 2019 - 16:00
101 oxunma

Ötən axşam məşhur müğənni Mətanət Əsədovanın “Xəzər” TV-də yayımlanan “5-də 5” proqramında bəzi sənət yoldaşlarının ünvanına atdığı atmacalar söz-söhbətə səbəb olub.

Oxu.Az xəbər verir ki, Mətanət üzünü verilişin aparıcısı Zaur Kamala tutaraq, onun sadəlövhlüyündən və təvazökarlığından istifadə edən məşhurlardan söz açıb.

“Sən o qədər ürəyi təmiz insansan ki, verilişinə gələn insanları yaxşı tanımamısan. Buraya gəlib deyər, gülər, oynayar, ondan heç nə ağlına gəlməz. Sakit, asta ilanlar var…

Sən, Zaur, bilmirsən, nə var nə yox. Onların həyatını sən bilmirsən. Gələrəm, Zayka deyərəm, arxamca xoşagəlməz sözlər söyləyərlər. Məndən əxlaqlısı yoxdur. O, gəlib burda artistlliklər edir. Xahiş edirəm, onlara inanma”.

Qeyd edək ki, sözügedən verilişin aparıcısı Zaur Kamalın qonaqlarla zarafat edib, onları tez-tez lağ obyektinə çevirməsi sosial media əhli tərəfindən aqressiya ilə qarşılanır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"