20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məşhurlardan Əli İnsanova və Müsavata – Etirazlar

07 Noyabr 2019, 11:00
Gündəm, Seçmə
A A
Məşhurlardan Əli İnsanova və Müsavata – Etirazlar

Noyabrın 5-də sabiq nazir Əli İnsanovun demokrat “qiyafəsində”, lider “ədası” ilə Müsavat Partiyasının qərargahına qədəmlərini qoymasının alqışla qarşılanacağını gözləyənlər var idi. Olmadı.

Vaxtilə Müsavatın eks-başqanı İsa Qəmbərə və müxalifətçilərə hədyanlar yağdıran, “onların nəvələri müxalifətçi babalarından xəcalət çəkəcəklər” deyən, jurnalistə “konkret rədd ol” söyləyən, səhiyyəni öz dövründə “qanqrenaya” çevirən Ə.İnsanovun Müsavat qərargahında “söz verilir hörmətli professora” təqdimatı elə hakimiyyətin ən sərt tənqidçiləri tərəfindən pislənildi.

Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan dəyirmi masa ətrafında Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə və Əli İnsanovun demokratiyanı müzakirə eləməsi elə müxalifyönlü, iqtidara ən kəskin tənqidlər yazanlar tərəfindən “topa tutuldu”.

Məsələn, jurnalist Şahvələd Çobanoğlu facebook-da belə reaksiya vermişdi: “Gördülər bir Əli önə çıxmaqdadır, oturtdular günü keçmiş Əli ilə yanaşı.. xalq hərəkatı, strateji düşüncə, nə bilim nə…”

Məsələn, jurnalist Şahvələd Çobanoğlu facebook-da belə reaksiya vermişdi: “Gördülər bir Əli önə çıxmaqdadır, oturtdular günü keçmiş Əli ilə yanaşı.. xalq hərəkatı, strateji düşüncə, nə bilim nə…”

Müsavatın başqanlığna namizədi olmuş Yadigar Sadıqlı İnsanovun Rəsulzadənin portreti qarşısında çəkilmiş fotosunu şərhsiz paylaşaraq eyham vurub.

Keçmiş vicdan məhbusu Qiyas İbrahimov Ə.İnsanovu belə xarakterizə edib: “İdeologiyası ”voravskoy” olan adi qisasçı Əli İnsanov diktaturadan qopmayıb, elə indi də gözümüzün önündə diktaturanın canlı simvoludur”.

AG Partiyanın sədri Tural Abbaslı “Report”a bildirib ki, təşkilatçı Ə.İnsanovu bu dialoqda iştirak etməyə layiq bilirsə, bu, onun şəxsi qərarıdır: “Ona birdən-birə belə qucaq açmaq cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Biz bunu görməzlikdən gələ bilmərik. Əli İnsanovun müxalifətin dəyirmi masasında təmsil olunması o insanların yanaşdığı mənəvi dəyərlərdən asılıdır. Bizə bununla bağlı müraciət olunsaydı? konkret cavab verərdik”.

Tənqidçi jurnalist Azər Rəşidoğlu görüşə belə şərh verib: “Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri” atacaq”.

Norveçdə yaşayan yazar Günel Mövlud isə dəyirmi masanı biabırçılıq adlandırıb: “O dəyirmi masanın porno versiyasını yazıb məclisdə olanların hamısının burnundan gətirmək mənə borc olsun. Başqa heç bir reaksiya düşünə bilmirəm dünənki rüsvayçılığa…”

AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə belə reaksiya verib: “Dostlar, Əli Kərimlinin doğru qərarlar vermə qabiliyyətinə şübhəm yoxdur. İndiyədək onun verdiyi ən qeyri-populyar qərarların belə sonradan düzgün qərar olduğu sübuta yetib. Amma bəyin dəyirmi masaya qatılmaq qərarını anlamaqda çətinlik çəkirəm. Xalqın onu siyasi partiya liderliyindən xalq liderinə çevirdiyi bir məqamda adları siyasi intriqalarla assosiasiya olunan, birlikləri dağıdan, keçmişi ləkəli adamlarla bir masa ətrafında əyləşməyə Əli bəyi nə vadar etdiyini doğrudan anlamaqda çətinlik çəkirəm”.

“Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah? Bu şəkildə mübarizələrini elan edirlər eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər?”, – deyə azərbaycanlı iş adamı Mübariz Mənsimov da dəymir masaya münasibət bildirib.

Onun sözlərinə görə, iqtidar gəncləşirkən müxalifət yaşlanır: “Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsə idi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil?  Həbs olunana qədər bir çox insanların taleyi ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, vaxtilə iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi ”ağır topa” çevrildimi?!”

YAP icra katibinin müavini Siyavuş Novruzov özünün facebook hesabında yazıb ki, vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir.

“Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən ”xod”a düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?!  Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur?” – YAP-çı deputat sual edib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, həmin dəyirmi masa ilə bağlı ona aydın olmayan məsələlər var: “Hansı məntiqlə, hansı tarixi xidmətlər, prinsiplər əsas götürülüb? Mən bax, bu haqda məlumatsızam. Ona görə Allah xeyir versin”.

Ə.İnsanovun tədbirdə iştirakına isə VHP sədri belə şərh verdi: “Şəxsiləşdirmək istəmirəm. İnsan ömrüdür, mövqelər, prinsiplər dəyişir. Ancaq ora toplaşanları əsas müxalifət kimi qələmə vermək doğru deyil. Ümumiyyətlə, həmin görüş mənə aydın olmayan formatdır. Çünki müxalifət düşərgəsi böyükdür, dəfələrlə yığışır, ayrılır, hər dəfə də sarsılır. Hesab edirəm ki, toplaşmalara daha ciddi baxmaq lazımdır”.

Əvvəlki yazı

Mehriban Əliyeva neftçiləri təbrik etdi

Sonrakı yazı

Məşhur futbolçu italiyalı gözəllə – Foto

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.