07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məşhur vəkildən kollegiya sədrinə sensasion ittihamlar: “O, həmişə əl altında işləyib, indi də şaiyə yayıb ki…”

26 Fevral 2019, 19:28
Gündəm
A A
Məşhur vəkildən kollegiya sədrinə sensasion ittihamlar: “O, həmişə əl altında işləyib, indi də şaiyə yayıb ki…”

“Vəkillər Kollegiyası (VK) sədrinin son addımları və açıqlamaları göstərir ki, hörmətli Anar Bağırov atəşkəs və ya “bütün cəbhə boyu qəti hücum” arasında seçim qarşısında qalıb. Buna görə də hər iki istiqamətdə işlər aparır”.

Mia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov “Feysbuk”dakı səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, bir dəfə Anar Bağırovla söhbət edib: “Dedim ki, bütün ömrümü insanlarla işləmişəm, qarşılaşdığım bütün insanlar kimi onu da gözəl tanıyıram. Sədr təcrübəsizdir, müstəqil deyil, bir az da emosionaldır. Əvvəllər belə vəziyyətdə olmayıb, “parnik”də böyüyüb, həmişə əl altında işləyib, nə edəcəyini müəyyən edə bilmədiyi üçün hərəkətlərində ardıcıl deyil. Əvvəl bir təhqiredici status yazdı, sonra onu gizlətdi, deyirlər ki, indi təzədən açıb. Sonra ona inboxda göndərdiyim salamı almadı və məni blokladı, bu səbəbdən səhifəsini görmürəm”.

Vəkil bildirib ki, Anar Bağırov ona ümumi tanışları vasitəsi ilə mesaj göndərib: “Aramızda öz təşəbbüsü ilə sülhə nail olmağa çalışan ümumi tanışımızla xəbər göndərib ki, mən balaca, hətta bapbalaca bir təkzib yazsam, məni bağışlayacaq və olanları unudacaq. Mən təklifini rədd edəndə, şaiyə buraxıb ki, məni bağışlaması üçün elçi göndərmişəm. Adam indiyə kimi məni tanıya bilməyib, təəssüf edirəm. Ondan fərqli olaraq, bütün həyatım mübarizədə keçib. Özümü dərk edəndən oyunların içində olmuşam və bacardığım qədər öz oyunumu oynamağa çalışmışam. Yadınızda olar yazmışdım ki, “hər kəsin fikir, söz və əqidə azadlığı vardır. Yaltaqların da” . 4 gündür ki, Anar müəllim onların bu azadlığına müdaxilə edib, aktiv müdafiəçiləri onun göstərişi ilə daha mənə açıq hücum etmir, fikir verirsinizsə, statuslarımda gecələyən gözəgirənlər bir neçə gündür görünmür. Eyni zamanda, passivlərdən mövqelərini müəyyənləşdimək tələb edilir. Çox maraqlı proseslər gedir, bir yandan mənim əleyhimə imzalar toplanır, digər tərəfdən sədrin “dostları” mənə kompramatlar ötürürlər”.

Adil İsmayılov daha sonra yazıb ki, hazırki vəziyyət uzun sürməyəcək: “Bu vəziyyətdən qarşıduran tərəflərin hə ikisi üçün optimal çıxış yolu təklif edirəm. Mənim məlum statusumda yazdığım suallar hamının başa düşəcəyi və qəbul edəcəyi qaydada, konkret sənədlərə istinad edilməklə cavablandırılır. Məsələn, yazılır ki, RH-in icarəyə götürdüyü bina vətəndaş Məmmədova məxsusdur, aylıq 8-10 min manat icarə haqqı ödənilir. Yaxud rəhmətlik Azər Tağıyev sədrlikdən gedəndə VK-nın bank hesabında N məbləğdə vəsait olub və bunları təsdiq edən sənədlər əlavə edilir. Məsələ qapanır. Ya da hər kəs öz səviyyəsində mücadiləyə davam edir. Mən sözümü dedim, növbə sizindir”.

Vəkil sonda qeyd edib ki, o, heç vaxt görmədiyi kinodan, oxumadığı kitabdan, olmadığı ölkədən, bir sözlə, bilmədiyi şeylərdən danışmayıb: “Vəkilliyin yeni rəhbərliyinin vəkillikdə inqilabi dəyişikliklər etməsindən bəh-bəhlə danışan kollegiyalarım, bilirsinizmi ki, 2017-ci ilə kimi Rəyasət heyətinin cəmi 11 üzvü olub. Onların 6 nəfəri, o cümlədən sədriniz, bu gün Rəyasət Heyətinin üzvüdür. RH-də bütün qərarların adi səs çoxluğu ilə qəbul edilməsi nəzərə alınsa, indiki rəhbərlik o vaxtda çoxluqda olub. Yəni VK rəhbərliyi faktiki olaraq dəyişməyib”.

İddialarla bağlı VK sədrinin müansibətini də dinləməyə hazırıq.

Əvvəlki yazı

Qubada evində ayı saxlayan sabiq nazirin xalası oğluymuş – Təfərrüat

Sonrakı yazı

Qənirə Paşayeva İstanbulda Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.