03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MƏRHUM NAZİRİN POSTUNU KİM TUTACAQ? – Namizədlərdən biri qardaşının kürəkənidir

04 İyul 2018, 05:46
Gündəm, Seçmə, Banner
A A
MƏRHUM NAZİRİN POSTUNU KİM TUTACAQ?  – Namizədlərdən biri qardaşının kürəkənidir

sənayesi naziri Yavər Camalovun vəfatından sonra onun tutduğu vəzifəyə kimin təyinat alacağı müzakirə mövzusuna çevrilib. Ölkənin müdafiəsi üçün əhəmiyyət kəsb edən bir sahənin uzun müddət rəhbərsiz qalmayacağı ehtimal olunur.
Yada salaq ki, Yavər Camalov 2006-cı ildə müdafiə sənayesi naziri postuna təyinat almışdı. O, bu təyinata qədər “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutmuşdu. Yavər Camalovun vəfatından sonra nazir postu Yəhya Musayevə həvalə olunub. O, müvəqqəti nazir səlahiyyətlərini icra edir.

Ümumilikdə, nazirlikdə 2 müavin postu var. Digər müavin Tofiq Rəfiyevdir. Mərhum Yavər Camalovun tutduğu posta potensial namizədlər də məhz müavinləridir. Quruma kənardan, bu sahəyə bələd olmayan kadrın gətiriləcəyi ehtimalı azdır.

muavin2_2Media üzərindən apardığımız araşdırmalar zamanı Tofiq Rəfiyevin bioqrafiyası haqda bu məlumatlara rast gəldik. 1942-ci ildə Bakı şəhərində anadan olan Rəfiyev 1965-ci ildə Azərbaycan Dövlət Universitetini, 1969-cu ildə SSRİ Elmlər Akademiyasının A.İoffe adına Leninqrad Fizika-Texniki İnstitutunun aspiranturasını bitirib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetində radiotexnik, baş laborant, laboratoriya müdiri işləyib. 1970-1972-ci illərdə Fizika İnstitutunda laborant, mühəndis işləyib.

1972-1976-cı illərdə SSRİ HSK-nın “Azon” zavodunda böyük mühəndis, konstruktor, aparıcı mühəndis işləyib. 1981-1992-cı illərdə SSRİ HSK-nın Elektron Hesablayıcı Maşınlar, Bakı Radio və “Alunit” zavodlarında istehsalat şöbəsinin rəisi, xüsusi konstruktor bürosunun rəis müavini, baş mühəndis vəzifələrində işləyib. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsində şöbə rəisi işləyib. 1992-2001-ci illərdə Azərbaycan ordusunda hərbi xidmətdə olub. 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsində sədr köməkçisi, şöbə müdiri işləyib. 2006-cı ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində şöbə müdiri işləyib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Əməkdar Dövlət Qulluqqcusu” fəxri adı verilib.

1YAHYəhya Musayev də Rəfiyevlə eyni gündə nazir müavini postuna təyinat alıb. 1959-cu ildə Bakı şəhərində anadan olan Musayev 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1979-1980-ci illərdə fəhlə işləyib. 1980-1982-ci illərdə “Azneftyoltikintitəmir” trestində mühəndis, iqtisadçı olub. 1982-1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləyib. 1983-1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib vəzifəsində çalışıb. O, daha sonra 1985-1994-cü illərdə Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib olub. 2003-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi işləyib.

2004-2006-cı illərdə Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində baş direktorun müşaviri kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Müdafiə sənayesi naziri postuna namizədlərdən biri kimi nazirliyin aparat rəhbəri olan Üzeyir İsmayılovun gətiriləcəyi xəbəri də yayılıb. Üzeyir İsmayılov Yavər Camalovun qardaşı Əlikram Camalovun kürəkənidir(musavat/com).

 

Əvvəlki yazı

Cinsi təcavüz edənlər üçün XÜSUSİ DƏHŞƏTLİ İŞGƏNCƏLƏR

Sonrakı yazı

ELMAR VƏLİYEVİ BU ŞƏXS GÜLLƏLƏYİB – Rusiya vətəndaşıdır (FOTO)

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.