01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mənsimova ittihamlar: meneceri də saxlanıldı

16 Mart 2020, 12:17
Siyasət
A A
Mənsimova ittihamlar: meneceri də saxlanıldı

Dünəndən etibarən Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov və şirkətin meneceri Nuray Nurcahan Perker FETÖ/PDY istintaqı çərçivəsində saxlanılıb.

Reportyor.info Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan Mənsimov və Perkerin FETÖ-nun yüksək səviyyəli rəsmisi ilə sıx əlaqədə olduğu bildirilib.

Mənsimovun İstanbulun Beşiktaş rayonundakı evində və Leventdəki ofisində axtarış aparıldığı və İstanbul Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsində araşdırma aparıldığı da qeyd olunub.

Türkiyə hökumətinin 667 saylı qərarı ilə bağlanılan Türk-Rus Vəqfinin də qurucusu olan Mənsimovun telefon danışıqlarının araşdırılması nəticəsində FETÖ-nun yüksək səviyyəli idarəçilərindən olan Hamdi Akın İpək, Suat Yıldırım və Süleyman Uysalla telefon danışıqları apardığı, FETÖ ilə əlaqədə olduğu üçün Rusiya tərəfindən bağlanılan “Atlantic İnternational School”un idarə heyətində təmsil olunduğu iddia edilib.

Bundan başqa Mənsimovun FETÖ-nun Rusiya imamı olan və haqqında axtarış elan olunan “Saffet” kod adlı Əhməd Hamdi Vuralla əlaqədə olduğu, Vuralın iş adamının şirkətinə tez-tez gəldiyi və gəlişi zaman danışıqların eşidilməsinin qarşısını alan “Jammer” cihazını tətbq edərək təhlükəsizlik tədbirlərini gördükləri də iddialar arasındadır. Hətta Mənsimovun Vuralla birlikdə səyahətə çıxdığı da bildirilib.

Azərbaycanlı iş adamının haqqında axtarış elan olunan FETÖ-çu Müəmmər İhsan Kalkavan, FETÖ-nun Yüksəl-Karkın-Küçük (YKK) vəkillik bürosu ilə də sıx əlaqədə olduğu iddiası müzakirədədir.

Şirkətin idarəçisi Nuray Nurcahan Perkerin Mənsimovun bütün işlərini idarə etdiyi qeyd edilib.

Qeyd edək ki, xeyriyyəçi kimi məşhur olan M.Mənsimovun xüsusilə FETÖ ittihamı ilə saxlanılması Azərbaycan ictimaiyyətində narahatlıqla izlənilir.

Yayılan məlumatı saytımıza şərh edən M.Mənsimovun dostu, tanınmış jurnalist Fuad Abbasov bildirib ki, mediada yayılan bütün bu ittihamlar hələlik rəsmi təsdiq olunmayıb:

“Mübariz Mənsimovun FETÖ teror qruplaşmasının Rusiyadakı təmsilçiləri ilə yaxın əlaqələri olması iddia olaraq qalır. Hər şey məhkəmənin qərarından sonra bilinəcək”, – deyə Abbasov qeyd edib.

O, Mübariz Mənsimovun həbs olunması xəbərinin də həqiqəti əks etdirmədiyini qeyd edib. Bildirib ki, Mənsimov bazar günü səhər saatlarında saxlanılıb, evində və iş yerində axtarış aparılıb. Mənsimov hazırda axtarış zamanı polisin əlinə keçən bəzi materiallar əsasında dindirilir:

“İstanbul məhkəməsi tərəfindən Mənsimova qarşı həbs qətimkan tədbiri seçilməyib. Bu prosses 4 gün ərzində davam edə bilər. Bu müddət bitdikdən sonra işin məhkəməyə çıxarılacağı gözlənilir”, – deyə Abbasov qeyd edib.

Əvvəlki yazı

Baş Prokurorluqdan koronavirus şayiələrinə – REAKSİYA

Sonrakı yazı

Bakıda masaj salonunda əməliyyat – Video

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.