“Məni gözdən salmağa çalışırlar” – Aysel

18 Oktyabr 2019 - 16:26
781 oxunma

“Qara qaradır, amma ağ tez ləkə götürür. Hər zaman hər şeyi Allaha həvalə etmişəm. Güclü insanam. Bilirsiniz ki, arxadan atılan daş topuğa dəyir. İnsanlar kimin düz və ya səhv olduğunu gözəl bilirlər. Mən yenə ayaq üstdəyəm”.

Bu sözləri “Azxəbər”ə müsahibəsində müğənni Aysel Əlizadə deyib.

O, “Səni axtarıram” proqramında haqqında səsləndirilən evli kişi ilə üşq yaşaması barədə iddialara belə cavab verib:

“Zaman öz sözünü deyəcək. Əgər yanlışım olsaydı, bu gün depresiyada olardım. O qədər vicdansız olmamışam. Mənimlə bağlı kim nə qara piar edirsə, onun cavabını Allah verəcək. Bu gün olmasa da, sabah mütləq olacaq. Əsas odur ki, Allah hamının ürəyinə görə versin. Elə şeylərlə adamı gözdən salmağa çalışırlar, amma bacarmırlar. Məni tanıyan insanlar bilir ki, necə ürəyim var, şərəfsiz biri deyiləm. Kim nə deyirsə desin, ancaq çərçivədən çıxmasın. Allaha şükür ki, mənim arxamda duran və övladlarına bələd olan ailəm var”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"