Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Sosial

Məmur oğlunun harınlığının nəticəsi – 33 yaşlı adam ölümlə üz-üzədir

2018-05-26
in Sosial
0
Məmur oğlunun harınlığının nəticəsi – 33 yaşlı adam ölümlə üz-üzədir
0
Paylaşılıb
15
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Bir neçə gün öncə Bakıda törədilən cinayət hadisəsi, eşidən hər kəsi dəhşətə gətirir. Mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yaşadığı binanın parkinqində yer üstündə mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu 33 yaşlı Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirib. Fərhad Ağayev hazırda xəstəxanadadır və vəziyyəti ağırdır.

Bənzər Yazılar

Mehriban Zeynalova: “Kəramət istəyir ki, mən də söyüm”

“Sovetski” sakinləri Yasamal İH-ə yürüş etdi: aksiyadan – Fotolar

Badamdarda sürüşmə olub, restorana zərər dəyib

İnsider.az hadisə ilə bağlı Fərhad Ağayevin ailə üzvləri ilə əlaqə saxlayıb.

Fərhad Ağayevin əlaqə saxladığımız ailə üzvü: “Hazırda vəziyyəti stabil ağırdır. Sevinirik ki, o, sağdır. Çünki onu itirmək, onun bir daha geri dönməyəcəyini düşünmək istəmirik”, – deyib.

Məhkəmənin qərarı ilə hadisəni törədən Anar Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib və Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

“Anar Mehdiyevin ailəsi bizimlə danışmaq üçün gələrkən onun atası oğlunun törədildiyi cinayətin, eləcə də onların üzərinə düşən valideyn məsuliyyətinin ağırlığını anlayaraq vicdan əzabı çəkdiyini dedi. Lakin anası oğlunun xəstə olduğunu, dərmanlar qəbul etdiyini iddia edir. Biz bütün bunların cavabında oğlunun törətdiyi cinayətin cəzasını çəkəcəyini demişik, dialoq bu qədər olub. Başa düşə bilmirik, AR elit hərbi qüvvələrində xidmət edən, vaxtilə xüsusi dövlət güc strukturlarında çalışan, sürücülük vəsiqəsi ilə “Galendwagen” idarə edən bir adam necə xəstə ola bilər? ” – deyə zərərçəkənin ailəsi bildirib.

Qeyd edək ki, A.Mehdiyevin atası sabiq məmur, anası isə Dövlət doğum evlərinin birində ginekoloqdur.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilmiş və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

“İnsan törətdiyi əməldən peşman olmayıb. Təsəvvür edin ki, zərbə vurduğu insan yerdə qan içində vurnuxur, həmin adamın ailə üzvləri fəryad edir, o isə “zəng vurun 103-ə meyitini aparsınlar” deyir. Fərhad xəstəxanaya qardaşı tərəfindən çatdırılıb.

Bir insanın qarşısında beyin silkələnməsindən sonra köpük qusan birinə sakit şəkildə baxması qədər dəhşətli, insanlıqdan uzaq bir səhnə təsəvvür edə bilmirik. Cinayəti törətdikdən sonra gedib yatıb. Polis onu aparanda yuxudan oyadıb. Vicdan adlanan bir anlayış yoxdur bu insanda. Ona görə də bizim ailə olaraq yeganə istəyimiz bu işə qanunlar çərçivəsində tam ciddi şəkildə baxılmasıdır.
Tək zərərçəkənlə deyil, Anar Mehdiyev Fərhadın qardaşı ilə də münaqişə yaratmağa çalışıb, amma alınmayıb. Həmin hadisədən sonra onu polisə şikayət ediblər. Amma Anar Mehdiyevə heç bir qanuni yolla edilən xəbərdarlıq təsir etməyib. Nəticədə may ayının 20-si gecə Fərhadla qarşılaşaraq onun həyatına qəsd edib. Axı bir parkinq yeri üçün insan həyatına qəsd edilərmi? Münaqişə və mübahisə üçün zaman belə olmayıb, hadisə saniyələr içində baş verib”, – deyə ailə üzvü bildirib.

A.Mehdiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinə aparılarkən Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Səbinə Səmidxan

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin İclası keçirildi

Sonrakı yazı

Müştərisi Elnarə Rzayevanın söyüşlərlə dolu yazışmasını yaydı

Sonrakı yazı
Müştərisi Elnarə Rzayevanın söyüşlərlə dolu yazışmasını yaydı

Müştərisi Elnarə Rzayevanın söyüşlərlə dolu yazışmasını yaydı

Qazax, Tovuz rayonlarının icra başçıları, vəzifəli şəxsləri niyə dəfndə iştirak etmirlər… – Rza Rzayev yazır

Qazax, Tovuz rayonlarının icra başçıları, vəzifəli şəxsləri niyə dəfndə iştirak etmirlər… – Rza Rzayev yazır

“Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik” – İlham Əliyev

“Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik” – İlham Əliyev

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

“Reyestr Xidməti problemlər yaradır” – Xanım deputat

“Reyestr Xidməti problemlər yaradır” – Xanım deputat

2021-03-09
Tanınmış skripkaçının anası koronadan öldü

Tanınmış skripkaçının anası koronadan öldü

2021-03-09
Deputat: “Qiymətlər günü-gündən artır”

Deputat: “Qiymətlər günü-gündən artır”

2021-03-09
Tahir Kərimli feministlərə “üzdəniraq” dedi

Tahir Kərimli feministlərə “üzdəniraq” dedi

2021-03-09
Azad Rəhimov “qara siyahı”da – Gizlinlər

Azad Rəhimov “qara siyahı”da – Gizlinlər

2021-03-09
Mehriban Zeynalova: “Kəramət istəyir ki, mən də söyüm”

Mehriban Zeynalova: “Kəramət istəyir ki, mən də söyüm”

2021-03-09
Razi Nurullayev: “Bu qədər hörmətsiz oldum ki…?”

Razi Nurullayev: “Bu qədər hörmətsiz oldum ki…?”

2021-03-09
Vitse-spikerdən deputata reaksiya – Soyad polemikası…

Vitse-spikerdən deputata reaksiya – Soyad polemikası…

2021-03-09
Naxçıvanın sabiq naziri həbs edildi

Naxçıvanın sabiq naziri həbs edildi

2021-03-09
Erkin Qədirli YAP-çıları təbrik etdi

Erkin Qədirli YAP-çıları təbrik etdi

2021-03-09
“Sovetski” sakinləri Yasamal İH-ə yürüş etdi: aksiyadan – Fotolar

“Sovetski” sakinləri Yasamal İH-ə yürüş etdi: aksiyadan – Fotolar

2021-03-09
Maska satışında şübhəli şəriklik? – Operativ Qərargaha sərt ittihamlar

Maska satışında şübhəli şəriklik? – Operativ Qərargaha sərt ittihamlar

2021-03-09
Deputat: “Rayonlara gediş-gəlişi bağlamaq doğru deyil”

Deputat: “Rayonlara gediş-gəlişi bağlamaq doğru deyil”

2021-03-09
Sensasion məhkəmə işi: Heydərov, Usubov, Qaralov…

Sensasion məhkəmə işi: Heydərov, Usubov, Qaralov…

2021-03-09
“Məşədibad hamamı”na gedənlər həbs edildi, masajçılar cərimələndi

“Məşədibad hamamı”na gedənlər həbs edildi, masajçılar cərimələndi

2021-03-09
Nəsimi icra başçısı səkini satıb, Eldar Əzizov hara baxır? – Video

Nəsimi icra başçısı səkini satıb, Eldar Əzizov hara baxır? – Video

2021-03-09
Mili Məclisin plenar iclası keçirilir

Mili Məclisin plenar iclası keçirilir

2021-03-09
Vilayət Eyvazov mayora yeni vəzifə verdi

Vilayət Eyvazov mayora yeni vəzifə verdi

2021-03-09
Füzulinin Gorazıllı kəndindən VİDEOREPORTAJ

Füzulinin Gorazıllı kəndindən VİDEOREPORTAJ

2021-03-09
“Xudavəndi-aləm kömək olsun, camaatın uşaq pulunu versinlər” 

“Xudavəndi-aləm kömək olsun, camaatın uşaq pulunu versinlər” 

2021-03-09

Seçmə

  • Bütün
  • SEÇMƏ
Tanınmış skripkaçının anası koronadan öldü
SEÇMƏ

Tanınmış skripkaçının anası koronadan öldü

2021-03-09
Azad Rəhimov “qara siyahı”da – Gizlinlər
SEÇMƏ

Azad Rəhimov “qara siyahı”da – Gizlinlər

2021-03-09
Nəsimi icra başçısı səkini satıb, Eldar Əzizov hara baxır? – Video
SEÇMƏ

Nəsimi icra başçısı səkini satıb, Eldar Əzizov hara baxır? – Video

2021-03-09
Zakir Fərəcovun “işıqlandırma biznesi” – Sumqayıt küçələri neçə milyona işıqlandırılır?
Araşdırma

Zakir Fərəcovun “işıqlandırma biznesi” – Sumqayıt küçələri neçə milyona işıqlandırılır?

2021-03-09
Daha bir şəhidimiz dəfn olundu
SEÇMƏ

Daha bir şəhidimiz dəfn olundu

2021-03-08
“Space“-də daha bir veriliş bağlandı
SEÇMƏ

“Space“-də daha bir veriliş bağlandı

2021-03-08
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

“Reyestr Xidməti problemlər yaradır” – Xanım deputat

“Reyestr Xidməti problemlər yaradır” – Xanım deputat

2021-03-09
Tanınmış skripkaçının anası koronadan öldü

Tanınmış skripkaçının anası koronadan öldü

2021-03-09
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.