15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Məhkəmə prosesi Alışanovu ifşa edir –AzTV sədrinin milyonluq əmlakları üzə çıxır…

24 May 2018, 10:29
Gündəm
A A
Məhkəmə prosesi Alışanovu ifşa edir –AzTV sədrinin milyonluq əmlakları üzə çıxır…

AzTV-nin rəhbəri Arif Alışanov təkcə iki il ərzində sürücüsünün adına müxtəlif sahələrdə 33 torpaq ərazisi alıb.

Bu, A.Alışanov, onun qızı Nigar Alışanova, sürücüsü Hacı Babayev və bacısı oğlu Dəyanət Cəfərovun həyatına sui-qəsdlə bağlı cinayət işində var.

Mayın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilən sürücü H.Babayev təsdiqləyib ki, onun adına olan torpaqların sahibi də, pulunu verən də Alışanov olub. «O torpaqlar kimin puluyla alınıb?» sualına H.Babayev belə cavab verib: «Kimin puluyla alınacaq? Müəllimin puluyla…».

Alışanovun Şamaxının müxtəlif kəndlərində aldığı torpaq sahələrini, kənd təsərrüfatı ilə məşğul olmaq üçün texnikasını, ümumilikdə 5 milyon manatdan çox dəyərdə əmlakını ələ keçirmək məqsədiylə onu və yaxınlarını öldürməyə cəhddə suçlanan Şücaət Əkbərov və daha üç nəfərin – Qoçəli Əsgərov, Zöhrab Şirinov və Aqşin Hüseynovun məhkəməsində qalmaqal düşüb. Nəticədə təqsirləndirilən şəxslər məhkəmə zalından çıxarılıblar. Yəni onların məhkəməsi özlərinin iştirakı olmadan keçirilib. Qalmaqal təqsirləndirilən Ş.Əkbərovla şahid Camal Nəbiyevin bir-birini təhqir etməsindən başlayıb.

Bundan öncə AzTV rəhbərinin bacısının həyat yoldaşı Vidadi Cəfərovla təqsirləndirilən Ş.Əkbərov arasında gərginlik yaşanıb. Şahid qismində dindirilən V.Cəfərov Şücaətin ünvanına kobud ifadə işlədib, o da təhqirlə qarşılıq verib: «Siz varsız a, Hacı Məmmədov sizin yanınızda heç nədir. Arif Alışanovun qızların başına açdığı oyunların hesabını verəcəksiz».

Ş.Əkbərov deyir ki, A.Alışanov onun əli ilə aldığı torpaqlardan əlavə, Şamaxıda bələdiyyədən 340 hektar torpaq sahəsi alıb və ona 7 milyon pul verib.

Alışanovun vəkilləri, bacısı oğlu, sürücüsü və b. məhkəmə zalında olsa da, bu barədə deyilənlərə reaksiya verməyib.

«Adıma torpaq alınmayıb, amma başqa şeylər olub»

Şahid Camal Nəbiyev bildirib ki, AzTV-nin işçisidir. Amma özünün dediyinə görə, işi həm də sədr Alışanovun şəxsi işləriylə məşğul olmaqdır:

«AzTV-də də işləyirəm, Arif Alışanovun da müəyyən işlərində iştirak edirəm. Mən o ailənin içindəyəm. Arif müəllimin işlərini öz işlərim bilirəm elə. Boş vaxtlarımda təsərrüfatımıza (AzTV rəhbərinin təsərrüfatını nəzərdə tutur-red.) nəzarət eləyirəm. 2014-cü ildən 2016-cı ilə qədər Arif müəllim mənim yanımda Şücaətə torpaq, texnika almaq üçün 2.5 milyon pul verib. Mənim adıma torpaq alınmayıb, amma başqa şeylər olub…».

«Qətli ört-basdır eləmək istəyirsiz…»

Dindirmədə C.Nəbiyevin təqsirləndirilən Ş.Əkbərovun ünvanına təhqiramiz ifadələr işlətməsinə qarşı tərəf də söyüşlə cavab verib. Məhkəmə zalında ara qarışıb və hakim təqsirləndirilən şəxslərin zaldan çıxarılmasına göstəriş verib. Ş.Əkbərov bu qərara belə etiraz edib: «Çıxarın, onsuz da mənim üçün fərqi yoxdur. Bu yolla Arif Alışanovun törətdiyi ölüm işini ört-basdır eləmək istəyirsiz».

AzTV rəhbərinin qardaşı, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Habil Alışanov da məhkəmədə dindirilib. AzTV sədrinin qardaşı, yeznəsi deyir ki, ona pul veriblər ki, Şamaxıda təsərrüfat yaratmaq məqsədiylə torpaq, texnika alsın.

Məhkəmə mayın 25-də davam edəcək.

Xatırlatma

Cinayət işində yazılıb ki, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. İddia olunur ki, Ş.Əkbərov Alışanovun əmlaklarını ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və bu məqsədlə adamlar cəlb edib. Onlara 600 min manat pul vəd edib. Həmin şəxslərdən Müsabi Namazov sonradan bu işdən imtina edib. Ona görə Qoçəlı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona 100 min manat vəd olunub. Plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, bunların böhtan olduğunu deyirlər. Ş.Əkbərov bildirib ki, A.Alışanovun bir çox qanunsuz əməllərini, o cümlədən gənc qızın qətlini bildiyinə görə, onu şərləyib təcrid etmək məqsədi güdülür.

Azadlıq Radiosu

Əvvəlki yazı

“Əl-Cəzirə” Cocuq Mərcanlıdan reportaj hazırladı –Kənddəki yeniliklər əcnəbinin gözü ilə

Sonrakı yazı

İBN SİNA ÜSTÜNDƏ YENİ MƏDƏNİ SAVAŞ –Farslar onun “türk həkim” kimi təqdimatından narazıdırlar

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.