Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
“Report”un məlumatına görə, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Cəfərov Cavanşir Xəlil oğlu
Nikuşina Aleksandra Konstantinovna
Novruz Ramiz Qəvvam oğlu
Şəfiyeva Gülçöhrə Məmməd qızı.