01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Londonlular bədxərc Zamirə haqda şoka düşüblər – Reportaj

19 Oktyabr 2018, 13:25
Gündəm, Seçmə
A A
Londonlular bədxərc Zamirə haqda şoka düşüblər – Reportaj

London sakinləri Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın cəmi bir neçə il ərzində məşhur “Harrods” univermağında 16 milyon funt sterlinq xərclədiyini eşidəndə heyrətə gəliblər. 

virtualaz.org xəbər verir ki, bu barədə “Soshin TV” internet televiziyasının reportajında deyilir.

“Bu günkü əhvalat Zamirə Hacıyeva haqdadır, həmin qadın ki, məşhur “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib, bu isə az qala 1.5 milyard rubl deməkdir”-reportajda deyilir.

Müəllif daha sonra “Harrods” univermağı haqda məlumat verir. Bildirir ki, əslində bu univermağın nə olduğunu izah etməyə ehtiyac yoxdur, onun müştəriləri əsasən oliqarxlar və şeyxlərdir. Sadə insanlar isə bu univermaqda qiymətləri görəndə şoka düşürlər.

“Əsəbləri zəif olanlar üçün nəzərə çatdırıram ki, 16 milyon funt sterlinq bir gündə yox, bir neçə ildə xərclənib. Amma hər halda şoppinqə gündə orta hesabla  min funt gedib. Azərbaycanın dövlət bankının keçmiş rəhbərinin arvadı bu univermağı öz dogma evi kimi sayırdı, alış-veriş edib pulları limitsiz kredit kartları ilə ödəyirdi. Ərinin bankının kredit kartları ilə. Onlar isə cəmi 35 ədəd olub. Zamirə Hacıyeva univermaqdan brend “şmotka”, bahalı şərablar, daş-qaş alırdı”-reportajda xatırladılır.

Məsələn, Hacıyeva univermaqdakı “Boucheron” butikindən “Cartier” brendinə aid zinət əşyası almağa birdəfəyə  150 min funt xərcləyib.

London “burjuaziyasının” sadə nümayəndələri isə Zamirə Hacıyevanın xərclədiyi pullar barədə eşidəndə şoka düşdüklərini gizlətmirlər. “Bu ki, çox böyük puldur. Bir yığın puldur!”-univermağın qarşısından keçən qadın deyir. “Mən bilmirəm o həmin pula buradan nə ala bilərdi…Yəqin ki, bütün rənglərdə və ölçülərdə çantalar, hər rəngə və modeldə tuflilər. Fikirləşəndə görürsən ki, bu necə sərsəmlikdir…”-həmin qadın əlavə edir.

“Yox,mənim o qədər pulum yoxdur. Bizdə o qədər pul nə gəzir?”-bunu isə Zamirənin univermaqda xərclədiyi pullar haqda eşidən qaradərili qadın bildirir.

“Mən heç o pulu təsəvvürümdə də canlandıra bilmərəm”-digər London sakinin reaksiyası belə olub.

Reportajda qeyd olunur ki, əsas məsələ heç də pullar deyil. Əsas məsələ odur ki, xanım Hacıyeva Böyük Britaniyada qəbul edilən “McMafia” qanunun (çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu)  tətbiq olunduğu ilk əcnəbidir.

“Britaniyanın Milli Kriminal Agentliyi inanmır ki, xanım Hacıyevanın xərclədiyi pullar qanuni yollarla əldə edilib. Hərçənd o, pulların qanuni qazanıldığını, ərinin dövlət bankiri olmazdan əvvəl bizneslə məşğul olduğunu deyir. Amma Cahangir Hacıyev hətta uğurlu dövlət bankiri olsaydı belə onun aldığı maaşla bu pulları xərcləmək-qolf klub, şəxsi təyyarə, Londonda mülk almaq mümkün olmazdı”-reportajda bildirilir.

Daha sonra reportaj Zamirə Hacıyevanın Londonun elitar Naytsbric kvartalındakı ağ malikanəsinin qarşısında davam edir. Malikanənin qarşısında limuzinlər üçün park yeri kirayələnib, “hər ehtimala qarşı”.  Hərçənd Zamirə Hacıyeva “Harrods”dan şoppinqdən qayıdanda onun yükünü daşımaq üçün limuzinə gərək olmazdı.

Yerli sakinlərdən biri evi göstərərək deyir ki, orada yaşayanları tanıyır: “Onlar sadəcə olaraq pul xərcləməyi sevən adamlardır”.

Bildirilir ki, Z.Hacıyevanın aktivlərinə dair mübahisə təxminən 6 ay çəkə bilər. Əgər bu çəkişmədə Z.Hacıyeva sübut edə bilsə ki, pullar qanuni yollarla qazanılıb, o zaman Milli Kriminal Agentliyi “MacMafia qanununun” gələcəkdə tətbiqinə dair tərəddüd edəcək. Çünki hər belə iddia xeyli xərc deməkdir. “Lakin sübut olunsa ki, pullar Azərbaycan büdcəsindən oğurlanıb, o zaman bunun uzaqgedən nəticələri olacaq, o cümlədən rusiyalı oliqarxlar üçün”-müəllif bildirir.

 

 

Əvvəlki yazı

Nazirlikdən son Badamdar açıqlaması –

Sonrakı yazı

“Mən kiməm ki, hansısa küçəyə ad verim?”

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.