Leyla Əliyeva Çeçenistana qarşıdakı səfəri haqda

25 İyun 2019 - 10:54
65 oxunma

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” nəbatat bağında keçirilən Azərbaycan Mədəniyyəti Günündə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva “Vestnik Kavkaz”ın müxbiri ilə söhbətində Çeçenistanın dövlət başçısı Ramzan Kadırovla Minskdə keçirilən II Avropa Oyunlarında görüşündən danışıb.

“Qısa, spontan görüşümüz oldu. Ramzan Kadırov çox xoş, səmimi, pozitiv bir insandır”, – deyə o qeyd edib.

Virtualaz.org bildirir ki, Leyla Əliyeva Çeçenistana səfər edə biləcəyinə ümid etdiyini də söyləyib: “Birlikdə biz ekologiya və ətraf mühitin mühafizəsi sahəsində də bir çox xeyirxah işlər görə bilərik. Həmçinin qəyyumluğa ehtiyacı olan uşaqlarla birlikdə işləmək olar. Ümid edirəm ki, Heydər Əliyev Fondu respublikaya səfər edəcək və bu cür sosial layihələrdə iştirak edəcək”.

“Bilirəm ki, Çeçenistanda musiqini qiymətləndirirlər, axı musiqi dünyanı daha yaxşı edir. Buna görə də respublikada konsert təşkil etmək mümkündür”, deyə Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.

Xatırladaq ki, görüş şənbə günü baş verib. O haqda danışan Ramzan Kadırov vurğulayıb ki, Azərbaycan “Rusiya üçün ən yaxın qonşumuz və dost ölkədir”.

“Dövlətlərimiz arasında bütün sahələrdə ən sıx əlaqələr yaranıb və inkişaf edir. Bu işdə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin olduqca böyük xidməti var. Mənim də İlham Heydər oğlu ilə hədsiz səmimi münasibətlərim yaranıb”, – deyə o bildirib.

“Mən Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşümdən çox məmnun oldum.

Leyla xanım öz həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edən gözəl savadlı, ziyalı qızdır. Onun BMT-nin xoşməramlı səfiri, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi seçilməsi də bunu göstərir. Leyla Əliyeva şeir yazır və jurnal nəşr edir. Bütün bunlar Azərbaycanın bütün dünyada müsbət imicinin yaradılmasına kömək edir”, – deyə Ramzan Kadırov Vkontakte-də yazıb.

“İlham Heydər oğlu ilə görüşlərimdən öz xatirələrimi minnətdarlıq hissi ilə bölüşdüm. Biz Azərbaycanla Çeçenistan arasında dostluq əlaqələrinə yeni təkan vermək barədə razılığa gəldik. Bu il Leyla Əliyevanı Qroznıda qarşılamağa, mədəni, idman, humanitar əlaqələri genişləndirməyə şad olacağıq”, – deyə Çeçenistanın başçısı qeyd edib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"