“Leş Elgün” də ələ keçdi – VİDEO

11 Oktyabr 2019 - 12:05
288 oxunma

Balakəndə qanunsuz ət kəsimi ilə məşğul olan “Leş Elgün” ləqəbli qəssab saxlanılıb.

APA xəbər verir ki, Balakən rayon Polis Şöbəsinə Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan və rayonda “Leş Elgün” kimi tanınan 33 yaşlı Çonpuzov Elgün Zeynəddin oğlunun mənşəyi məlum olmayan ət kəsimi ilə məşğul olması barədə məlumat daxil olub.

Keçirilmiş tədbir zamanı Elgün Çonpuzovun yaşadığı ünvanda qanunsuz kəsdiyi bir baş at və 64 kq at əti aşkar edilib.

Kəsilmiş leşi müayinə etmək üçün hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları polis tərəfindən dəvət edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb.

Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"