“Lavrovun Qarabağ üzrə planı Bakıda da, Yerevanda da rədd edilib” – Hoqland

24 Fevral 2019 - 15:29
143 oxunma

“Uzun zamandan bəri ilk dəfə Ermənsitanın lideri Dağlıq Qarabağdan deyil, buna görə də, o, çox ehtiyatlı olmalı, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində radikal addımlara getməməlidir”. Virtualaz.org xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində danışıqlar prosesi ətrafında vəziyyəti şərh edərkən ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən keçmiş həmsədri, səfir Riçard Hoqland deyib.

Səfir əminliyini bildirib ki, Ermənistanın baş naziri Nikiol Paşinyan üçün Qarabağ münaqişəsi çox mürəkkəb problemdir.

“Qarabağ münaqişəsinin tənzimlənməsində ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir”, – diplomat qeyd edib.

O vurğulayb ki, dövlət xidmətini tərk edib və hazırda şəxsi mövqeyini bildirir.

Bu yaxınlarda baş vermiş hadisələr, o cümlədən tərəflər arasında davam edən dialoq və təmas xəttində qarşıdurmaların kəskin şəkildə azalması Hoqlandda nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib.

Keçmiş diplomat qeyd edib ki, Lavrov planını heç bir tərəf bəyənməyib. Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Sergey Lavrovun təklif etdiyi sənəd bəzi düzəlişlərlə Madrid prinsipləri əsasında qurulub.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"