LAVROVLA POMPEO RAZILAŞDI –ABŞ-Rusiya münasibətləri qaydaya düşəcəkmi?

14 May 2019 - 21:15
59 oxunma

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo iki ölkə arasındakı münasibətləri normal səviyyəyə gətirmək üçün addımlar atmaqla bağlı razılığa gəliblər.

S.Lavrov iki ölkənin qarşılıqlı təmas kanallarını bərpa etmək zərurətini qəbul etdiklərini bildirib.

Eyni zamanda rusiyalı nazir ABŞ ilə işgüzar əlaqələri üçün əlverişli mühit yaratmaq üçün ikitərəfli biznes şurası təsis etməyə tərəfdar olduqlarını qeyd edib.

Həmçinin görüş zamanı Venesuela, Suriya, Ukraynadakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Hələ də xeyli fərqli baxışlara malik olduqları İran nüvə proqramına dair Rusiya və ABŞ-ın danışıqları davam etdirdikləri də bildirilib/Report

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"