19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Lənkəranın 4 kəndi koronavirusun cəngində

21 May 2020, 12:23
Uncategorized
A A
Lənkəranın 4 kəndi koronavirusun cəngində

Astaradan gəlib çıxdıq Lənkərana… İndi hamı intizarla gözləyir ki, İranla sərhəd olan Astara yox, niyə məhz Lənkəranda koronavirusun daha çox yayılmasının səbəblərini yazaq.

Bura Kamyunun “Taun” romanındakı Oran şəhəri kimi olmasa da, virusla bağlı narahatlığa əsaslar çoxdur. Doğrudan da “cənub mirvarisi” indi Operativ Qərargah tərəfindən “qırmızı zona”lardan biri elan edilib.

Məlumdur ki, hazırda Gəncə, Yevlax, Lənkəran və təbii ki, Bakı koronavirusun aktiv ocaqları hesab olunurlar. Biz Lənkəranda olarkən sakinlərdən öyrəndik ki, yoluxma əsasən kəndləri əhatə edib. Yəni şəhərin özündə infeksiyaya yoluxanlar azdır.

Ona görə də Lənkəranın həm Bakı, həm Astara istiqamətindən girişində, o cümlədən adını aşağıda qeyd edəcəyimiz kəndlərdə postlar qurulub, nəzarət gücləndirilib.

***

Sakinlərin sözlərinə görə, əsasən Boladi, Vilvan, Şağlaser və Separadi kəndlərində koronavirusa kütləvi yoluxanlar olub. Belə ki, ailədə bir nəfərdə yoluxma qeydə alınıbsa, ardınca evdə və qonşuda olanlara da keçib.

Sakinlərin dediyinə görə, əvvəlcə Boladi kəndindən bir nəfər Bakıya xəstəxanaya aparılıb. Virusa yoluxmuş həmin şəxs vəfat edib və kəndinə gətirilərək dəfn olunub. Onunla təmasda olan ailə üzvləri də yoluxublar. Daha sonra yoluxmada artım baş verib.

Öyrəndik ki, koronavirus şübhəsi ilə gətirilənlər əvvəlcə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında test edilir, əgər kimdəsə pozitiv çıxırsa, ya Masallı, ya da Astaradakı xüsusi karantin rejimli xəstəxanalarda müalicə olunurlar.

Sakinlər bildirirlər ki, kəndlərdə yoluxmalara səbəb həm də insanların açıq havada əkin-biçində işləmələri, özlərini soyuğa verib xəstələnmələridir.

Hazırda Şağlaser kəndində virus sönməyə doğru getsə də, Boladi, Vilvan, Separadi kimi yerlərdə epidemiya qalır.

Biz Separadı kəndi istiqamətinə yollandıq və burada polis postları qurulduğunu, kənddə virus yayıldığı üçün insanların hərəkətinə məhdudiyyət qoyulduğunu gördük.

Sözsüz ki, bu da virusun yayılma arealının qarşısını almağa hədəflənib və Lənkəranın digər kəndlərinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Kənddə maşınlar, insanlar bir-bir polis tərəfindən yoxlanılır, zərurət olmadığı halda Separadini tərk etməmək tövsiyə edilirdi.

Çünki qonşu Astara, Masallı və digər cənub regionları karantindən demək olar ki, çıxıblar, Lənkəranda isə təhlükə sovuşmayıb. Ehtimal edilir ki, indi yoluxmanın pik dövrüdür və mayın sonuna doğru sönməyə başlayacaq.

Sakinlərin eşitdiyinə görə, Lənkəranda koronavirusun yayılmasına səbəb Rusiyadan gələn iki TIR şoferinin virus daşıyıcısı olması imiş. Onlar İrana gedərkən infeksiya yayıblar və getdikcə artıb. Habelə, İrandan gələnlər, xaricdən Lənkəran hava limanına gətirilib karantinə yerləşdirilənlər də infeksiyanın yayılmasında rol oynayıblar. Amma rayon camaatı danışır ki, əgər sərt karantin rejimi tətbiq olunmasaydı, Lənkəranda virusa yoluxmalar ikiqat arta bilərdi. İndinin özündə də karantin rejiminin yumşalmasına, kafelərin və parkların açılmasına baxmayaraq, Lənkəranda insanların özünü qoruduğunu, küçə və parklarda gəzən adamların əksəriyyətinin maskadan istifadə etdiyini gördük.

Eyni zamanda həm Lənkəranın mərkəzi küçələri və parkları, həm də koronavirus yayılan kəndlərin yolları dezinfeksiya edilirdi. Çünki koronavirusa inanmayanlar çox idi və kəndlərdə yoluxmaların olması artıq sakinlərə vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərməkdədir.

Ümumiyyətlə, bir neçə gün qabaq Daxili İşlər Nazirliyi məlumat yaymışdı ki, mayın 1-dən Lənkəranda xüsusi sanitar rejimin nəzarəti gücləndirilib, ayrı-ayrı mobil qruplar yaradılıb, rayon rəhbərliyi ilə hüquq-mühafizə orqanları birgə sakinlərlə maarifləndirici söhbətlər aparırlar, koronavirus təhlükəsinin yan keçmədiyi izah edilir.

Ona görə də kəndlərdəki yoluxma yaxın bir həftə ərzində arta da bilər və odur ki, vacib olmadıqca çölə çıxmamaq tövsiyə edilir. Lənkəranda olarkən 190 manat almaq üçün bankların önünə toplaşan sakinlərin də sosial məsafə saxladığına şahid olduq.

Onlar kəndlərdəki yoluxmadan sonra vəziyyətin ciddi olduğunu anlamaqdadır və heç kəs arzuolunmaz şəraitlə qarşılaşmaq istəməz.

***

Sakinlər deyirlər ki, yoluxanlar hərarət, boğulma halları ilə xəstəxanaya daxil olurlar. Onların sözlərinə görə, sağalanlar da az deyil.

Bildirirlər ki, koronavirus oksigen çatışmazlığı yaradır, ağciyərləri sıradan çıxarır. Əsasən də hansısa xəstəliyi olanlar, immun sistemi zəif adamlar tez yoluxurlar. Bununla belə, karantinin yumşalması səbəbindən rayonda həyat canlanmağa, insanlar SMS icazəsi almadan sərbəst şəkildə küçələrə çıxmağa başlayıblar.

Lənkəranda dükanlar, kafelər, çayxanalar fəaliyyət göstərirlər, insanlar iş-gücünə davam edirlər. Sakinlər deyirlər ki, təmizliyə, gigiyenaya həssaslıq göstərilir, yoluxmanın artacağından ehtiyat edirlər. Lənkəran sakinləri bizimlə söhbətdə deyirlər ki, bu yerin insanları 1990-cı ilin yanvarında sovet qoşunlarının şəhərə hücumunu da görüb, Qarabağda şəhidlər də verib, yəni düşmənin hər üzünə şahiddirlər, indi də gözəgörünməz düşmən – virusla mübarizədən də qalib çıxacaqlar…(“Yeni Müsavat”ın reportyor qrupu)

Əvvəlki yazı

Psixiatriya Xəstəxanasında tender oyunu

Sonrakı yazı

“Bayram gedib, Şuşanı ermənilərdən alandı?” – İcra başçısı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.