Lənkəran sakini çaqqalı boğub öldürdü

20 Noyabr 2018 - 13:12
143 oxunma
Lənkəran rayon sakininə çaqqallar hücüm edərək ona xəsarət yetirib. Report-un xəbərinə görə, hadisə rayonun Xanbulan kəndində baş verib.
Belə ki, səhər saatlarında işə getmək üçün həyətdən çıxan Cavad Şəmsəddin oğlu Muradov çaqqallarla üz-üzə gəlib. Bu zaman yırtıcı heyvanlar ona hücum edib. O yırtıcı heyvanlara müqavimət göstərən zaman müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Səsə C.Muradovun atası gəlib və çaqqallardan birini öldürüb. Xəsarət alan C.Muradov xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə peyvənd vurulub.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"