04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“KÜTLƏVİ PAMBIQ ZƏHƏRLƏNMƏSİ” – Hansı siyasət sabotaj olunur? (ŞOK ARAŞDIRMA)

28 İyun 2018, 00:08
Gündəm, Araşdırma
A A
“KÜTLƏVİ PAMBIQ ZƏHƏRLƏNMƏSİ” – Hansı siyasət sabotaj olunur? (ŞOK ARAŞDIRMA)

Son iki həftə ölkədə “pambıq zəhərlənmələri”nin gündəm olması ilə yadda qaldı. İyunun 10-də Saatlıda başlayan “zəhərlənmə prosesi” daha sonra Tərtərdə davam etdi, İmişlidə isə yekunlaşdı. Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı birgə məlumat yaydı və bununla da proses başa çatdı.

Sual doğuran məqamlar isə bundan sonra başlandı. Çünki rəsmi məlumatda iki məqam xüsusi diqqət çəkirdi.

Birincisi, pambıq tarlasında çalışanların zəhərlənməsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 2018-ci il 10 iyun tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

“Xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarını pozmaqda təqsirləndirilən “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov barəsində 2018-ci il 21 iyun tarixdə həmin şəxslərə Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunaraq barələrində həbs qətimkan tədbiri seçilib” – deyə, rəsmi məlumatda bildirilir.

bash-prokurorluq

Pambıq tarlasında çalışanların zərərvericilərə qarşı istifadə olunan pestisidlərdən zəhərləndiyi bildirilir və cinayət işi bununla bağlı açılır. O zaman həbs-qətimkan tədbiri seçilən şəxslərə niyə Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) maddəsi şamil olunur? Hansı tikinti, mədən işindən söhbət gedir? Və yaxud da əgər söhbət kimyəvi maddənin yaratdığı zəhərlənmədən gedirsə, niyə barəsində tədbir görülənlər arasında o pestisidləri Azərbaycana gətirən şirkətlərin birinin də nümayəndəsi yoxdur? Həmin kimyəvi məhsul hansı lobaratoriyada təhlil olundu? Həmin məhsulun əraziyə səpilmə qaydasında pozuntuya yol verildiyini hansı mütəxəssis rəyi müəyyənləşdirdi, istehsalçı şirkətlərin bununla bağlı rəyi alındımı? Bunlar olmadan tez-tələsik 5 nəfəri həbs edib, həyatını məhv eləmək nə deməkdir?

Konkret olaraq İmişlidə bütün hadisə şahidləri bildirirlər ki, onların daxil olduqları sahə, ümumiyyətlə, dərmanlanmayıb və işlədikləri sahə ilə pestisid səpilmiş sahə arasında ən azı 2-3 km məsafə olub. O zaman sual yaranır: bəs o sahəyə bu kimyəvi maddəni səpən şəxslər niyə zəhərlənməyib? Axı onlar birbaşa bu maddə ilə təmasda olub, onu əraziyə səpiblər. Sahədən 3 km kənardakı şəxs(lər) zəhərlənirsə, məntiqlə pestisidi sahəyə səpənlər artıq həyatda olmamalıdırlar. Axı belə bir fakt yoxdur?!

Araşdırmalarımız göstərir ki, son 3 ildə ölkədə eyni şirkətlərdən alınan və eyni şirkətlərin ölkəyə gətirdiyi pestisidlərdən istifadə olunur. Həmin maddələrin də səpildiyi sahələrə elə indi barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslər nəzarət edib. Necə olur ki, bu insanlar hər il təcrübədən keçirdikləri təcrübə qaydasını bu il “dəyişdilər”? Və yaxud da nə baş verdi ki, bu il o sahələrdə zəhərlənmə qeydə alındı?!

Digər tərəfdən, həmin vaxt mediaya açıqlama verən bir çox fəhlə hadisə nəticəsində özünün zəhərlənmədiyini, yalnız yanındakı şəxsə kömək etdiyi zaman zəhərlənmənin “ona da keçdiyini” deyir (BBC-nin Azərbaycan versiyasında və digər saytlarda belə videomateriallar var).

Yenə sual ortaya çıxır, adamlar eyni sahədə yanaşı olublar, necə olur ki, biri zəhərlənir, digərinə isə zəhərlənmə o birindən keçir? Axı onlar eyni “zəhərli hava”nı udublar. Digər tərəfdən, zəhərlənmə yoluxucu xəstəliklər təsnifinə aid deyil axı?!

Və ən nəhayət, dövlət qurumlarının rəsmi məlumatındakı sonuncu abzasa gələk. Bu abzas, gerçəkdən də şok informasiya hesab oluna bilər. Rəsmi məlumatda qeyd olunub: “Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, bəzi şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır”.

pambiq-zeher

Rəsmi qurumlar, prokurorluq orqanları rəsmən etiraf ediblər ki, prosesin “təşkilatçıları” pambıq sahəsində çalışanlara yüksək kompensasiya vəd etməklə, onları həkimə müraciət eləməyə sövq ediblər. Bunun nəticəsində də “kütləvi zəhərlənmə halı”görüntüsü yaradılıb, əhali arasında panika və təşvişə rəvac verilib və nəhayət, Baş Prokurorluq “ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda” maddəsi ilə cinayət işi aça bilib. Maraqlı məqam odur ki, “kütləvi zəhərlənmə”, “insan həyatına laqeyd yanaşma” ilə bağlı yazılar yazan, çıxışlar edən bəzi media orqanları və deputatlar rəsmi məlumatdakı bu faktın üstündən çox sükutla keçdilər. Axı elə baş verən “kütləvi ağır hadisənin” mahiyyəti məhz bu abzasda gizlənirdi…

Əlbəttə, pambıq sahələrində bir neçə nəfərin zəhərlənməsi faktı istisna olunmur, lakin bunun “kütləvi zəhərlənmə” prosesinə çevrilməsində maraqlı şəxsin və ya şəxslərin, qurumların olması göz qabağındadır. Bütün sağlam məntiq və təhlil, eyni zamanda rəsmi məlumatdakı etiraf da bunu deyir. Görünən odur ki, bir neçə nəfərin taleyi üzərində qurulan bu oyun açıq sabotajdır. Sual olunur, kimə qarşı?

pre

Azərbaycan prezidenti İlham Əliyev iqtisadiyyatın bir neçə sahəsini prioritet elan edib. Bunun biri ölkənin təbii sərvətlərinin də əsaslandığı neft-qaz sənayesi, digəri kənd təsərrüfatının inkişafı, o biri isə turizmin inkişafına xüsusi diqqət göstərilməsidir. Kənd təsərrüfatı sahəsində xüsusilə pambıqçılığın inkişafı ölkə başçısının diqqətindədir. Bu sahə Azərbaycanda iqtisadi cəhətdən strateji sahə elan olunub və bunu da hər kəs, xüsusilə sahə ilə məşğul olanlar yaxşı bilirlər.

Baş vermiş hadisənin detallarının təhlili burda maddi və başqa maraqların olduğunu, eyni zamanda Azərbaycanda pambıq əkininə qarşı mənfi rəy yaratmaq, sahənin inkişafına mane olmaq meyllərinin açıq-aşkar olduğunu göstərir. Bu “kütləvi səhnənin” təşkilatçıları əhalinin böyük əksəriyyəti üçün iş yerinə çevrilmiş, ölkədə ixrac potensialını artıra biləcək bir sahənin “arzuolunmaz” elan olunmasına, bununla bağlı rəy yaradılmasına çalışırlar. Bu isə hansısa sahibkara və ya məmura qarşı atılmış addım deyil. Bu, birbaşa Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi siyasətinin sabotaj edilməsinə yönəlmiş aksiyadır.

Bəs bu aksiyanı kimlər təşkil edib? Baş Prokurorluq rəsmi məlumatında qeyd etdiyi “həmin əməlin təşkilatçılarını” müəyyənləşdirə bilibmi? Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkmi?

Gözləyək…

Murad MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

SƏBAİLDƏ DÖVLƏTİ BELƏ DOLANDIRIRLAR! – Eyni ərazini dövlətə 2-ci dəfə satırlar

Sonrakı yazı

Paşinyan MTX direktorunun anasını aparat rəhbəri təyin edib

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.