Kürdəmirin Vüqar Qurbanov adına Köhnəbazar kənd orta məktəbinin direktoru Zahidov Zülfü Ərəstun oğlu dərslərə sayılı günlər qalmış şagirdlərdən pul yığmağa başlayıb.Reportyor.info-nun verdiyi məlumata görə, bunu gozetci.az saytı yayıb.
Ali təhsilli, uzun müddətli iş təcrübəsi olan ,həmişə rəhbər vəzifədə çalışmağa alışan Z.Zahidov şagirdlərə dövlət tərəfindən pulsuz verilən dərslik kitablarını valideynlərə 1 manatdan satır. Həmin valideynlər məktəbin direktorunun özbaşına bu cür hərəkət etməsi və onları incidilməsindən şikayətlənir.