12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Küçə süpürən əlil qadından Sahil Babayevə ürəkparçalayan sözlər: “Yalvarıram…”

23 Sentyabr 2018, 23:30
Cəmiyyət, Sosial
A A
Küçə süpürən əlil qadından Sahil Babayevə ürəkparçalayan sözlər: “Yalvarıram…”

Bizim ölkənin məmurları xalqa xidmətə, aztəminatlı ailələrə, kimsəsizlərə qayğıya təhkim olunublar. Prezidentin tələbi belədir ki, məmurlar vətəndaşlarla doğması kimi davransınlar. 

Əfsuslar olsun ki, bir çox hallar məmur biganəliyi çarəsiz vətəndaşın səfalət içində yaşamasına, övladlarının məşəqqətlər çəkməsinə, çıxış yolunu intihar etməsinə gətirib çıxarır.

Cahan.info-nun verdiyi xəbərə görə, onlardan biri də Bərdədə övladı ilə kirayədə məskunlaşmış, küçə süpürməklə ac-yalavac həyat yaşayan Nazilə Musayeva Əzizulla qızıdır.

Nazilənin taleyi çox acıdır. O, valideynləri tərəfindən internata atılmış, sonra bir ailənin himayəsində böyüdülərək istismara məruz qalıb.

Onun əzabları dəhşətlidir: ögey valideynlər tərəfindən qul kimi işlədilib, alçaldılıb, nəvaziş görmədən böyüyüb, ən ağır fiziki işlərə cəlb edilərək istismar olunub.

Ən nəhayət, bu övladdan bezmiş ögey valideynlər Nazilə Musayevanı evli birinə ərəb veriblər. İmişlidə yaşamış və bir övladı olan bu qadın indi çox çarəsiz vəziyyətdədir.

Çünki əri tərəfindən atılıb, balası ilə Bərdəyə köçərək kirayələrdə sürünür, bir tikə çörək üçün Bərdənin yollarını süpürür. Buna görə ayda cəmi 124 manat maaş alan Nazilənin pulu heç kirayəsinə çatmır.

Bir gözü görmə qabiliyyətini itirən, dərmanlarını almağa pulu olmayan, övladına doyunca yemək, şirniyyat, meyvə ala bilməyən bir azərbaycanlı əlil anaya dövlətin əlillik pensiyası da verilmir.

Musayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlərin nəticəsiz qalmasından ruhdan düşərək ümidini itirib.

Onun kirayə pulunu da Bərdədə xeyirxah insanlar ödəməyə çalışırlar. Amma bu yetərli olmur. Küçə süpürən Nazilənin dərmanlarını almağa, övladını yedirməyə imkanı çatmır.

Kimsəsiz qalan ümidsiz gözdən əlil qadın saytımız vasitəsi ilə nazir Sahil Babayevə müraciət edib.

Cahan.info xəbər verir ki, nazirə müraciətində ürəkparçalayan sözlər deyən Nazilə qara gələn həyatının heç olmasa övladı üçün işıqlı olmasını arzulayır.

Onun ümidi yeni nazir Sahil Babayevədir. Gözləyir ki, nazir əlil ananın harayını eşidərək ona əlillik pensiyası ayrılması üçün müvafiq orqana tapşırıq verəcək.

“Cənab nazir, mən kasıblıqla, ac-susuz yaşamışam. Həyatımda yaxşı bir gün xatırlamağa çətinlik çəkirəm. Valideynlərimin mənə yaşatdığı zülmlərdən sonra ər evində də bir gün görmədim.

İndi ərim də məni tərk edib, bir balamla başsız qalmışam. Siz təsəvvür edirsinizmi, gözdən əlil bir ana üçün övlad böyütmək, ehtiyaclarını qarşılamaq necə bir bədbəxtlik, əzab, zülmdür?!

Mənim artıq heç nəyə gücüm çatmır. Bərdənin yollarını süpürməklə aldığım pul heç 10 günü görmür. Günün birində maşınların altında qalan süpürgəçilərin taleyini yaşasam, övladıma kim baxacaq?”

N.Musayeva nazir S.Babayevin onun səsinə səs verəcəyinə ümidlidir: “Mən heç kəsdən şikayətlənmirəm. Allah şahiddir ki, bu gün hansı vəziyyətdə yaşayıram.

Ona görə göydə Allah, yerdə cənab prezident və nazirdən gözləntim budur ki, həm əlillik pensiyası verilməyinə, həm sosial ünvanlı yardım ayrılmasına köməklik göstərsinlər. Məni yox, balamı, bu ölkənin övladını, gələcəyin vətəndaşını xilas etmək üçün bu köməyi edin, yalvarıram…”.

Əvvəlki yazı

Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda

Sonrakı yazı

Reportyor.info yazdı, nazir xərac yığan direktoru cəzalandırdı – Təfərrüat/video

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.