13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kremlin ehtiyat Qarabağ ssenarisi – “sayğac” işə düşüb

18 May 2018, 09:52
Siyasət
A A
Kremlin ehtiyat Qarabağ ssenarisi – “sayğac” işə düşüb

Ermənistanda baş nazir dəyişikliyi Rusiya üçün yeni situasiya yaradıb; Rusiyada DÇ-2018 bitəndən sonra Kremlin Qarabağ kartı da açıla bilər  

Ermənistanda rəngsiz inqilab birinci hədəfinə çatsa da, Nikol Paşinyan küçə etirazları sayəsində baş nazir olsa da, ermənilərin ayağı küçələrdən yığışmır. Lokal etirazlar davam edir. Bu da o deməkdir ki, işğalçı ölkədə post-inqilab dövrü hələ tezliklə bitənə oxşamır.   

Artıq Paşinyan da fərqindədir ki, Ermənistanda pis bir ənənənin əsasını qoyub. İndi hamı öz probleminin zor gücünə, dövlət qurumuna təzyiq göstərməklə həll olunacağına əminlik hasil edib. Belə çıxır, günün birində kütlə öz kumiri Paşinyandan məyus olarsa, ona qarşı da etiraza, yəni əks-inqilaba qalxa bilər. “Yeni Müsavat” xəbər verir ki, hadisələrin bu cür inkişafı artıq Nikol Paşinyanı narahat eləməyə başlayıb və o, müxtəlif məsələlərlə bağlı etiraza qalxanları “pauza götürməyə” çağırıb.

“Biz hamımız sakit şəkildə problemlərin müzakirəsinə və həllinə girişmək üçün pauzaya ehtiyac duyuruq. Əgər hər şeyi birdəfəlik həll eləmək istəsək, hər şeyi korlayacağıq”, – deyə o, dünən İrəvanda media nümayəndələrinə bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanda aksiyaların qarşısının alınması mexanizmləri işləmir.

“Amma vətəndaşlar başa düşməlidirlər ki, bütün problemləri bir dəfəyə çözmək mümkün deyil” – Paşinyan deyib. Baş nazir habelə, vətəndaşların ayrı-ayrı vəzifəli şəxslərin istefasını tələb eləməsini də doğru saymadığını deyib. “Bu məsələyə mərhələ-mərhələ yaxınlaşmaq lazımdır”, – o bildirib.

*****

Paşinyan ile ilgili görsel sonucu

N.Paşinyanın girişməli olduğu ən qəliz məsələlərdən biri isə əlbəttə ki, Qarabağ problemidir. Ona görə ki, bu problem yerindən tərpənməyincə Ermənistanda köklü islahatları tamamlamaq mümkün olmayacaq. Ən azından Qarabağ məsələsi “sualtı daş” kimi siyasi rəqiblər və ya Moskva tərəfindən onun ayağı altına atılacaq. Xüsusən də Moskvanın Paşinyana şübhəli nəzərlərlə baxması bu ehtimalı gücləndirir ki, zəiflətmir. Soçi görüşündən sonra bu şübhələr azalmayıb.

Siyasi şərhçilərin həm Qarabağ, həm də digər mövzularda maraqları proqnozları var.

“Rusiyanın Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantları var”. Bu fikri axar.az- a politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Moskva Qarabağla bağlı ehtiyat planını elə də uzaq olmayan bir zamanda işə salacaq. “Rusiya münaqişə bölgəsi ilə bilavasitə həmsərhəddir və hər iki dövlətlə – Azərbaycan və Ermənistanla çox genişformatlı münasibətlərə malikdir. Xarici qüvvələr isə durmadan Rusiyanın sərhədləri boyunca gərginlik nöqtələrini artırmağa və köhnə münaqişəli vəziyyətləri alışdırmağa çalışırlar”, – deyə o qeyd edib.

Kreml ile ilgili görsel sonucu

Müəllif hesab edir ki, Rusiyanın həm Ermənistanda, həm də Cənubi Qafqazda böyük maraqlarının olduğu nəzərə alınsa, o zaman Kremlin Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantlarının olduğunu söyləmək olar. “Rusiya fövqəl və dünya siyasətində xüsusi yeri olan bir məmləkətdir. Bir halda ki, Rusiyanın qonşuluğunda dondurulmuş problem var, Moskvanın da bununla bağlı yanaşmasının olması təbiidir” – politoloq deyib.

Politoloq onu da bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiya elitası qarşısında bir neçə məsələ qaldırıb:

“Birincisi, Paşinyan bəzi şüarları ilə özünü faktiki olaraq yeni dilemmalar qarşısında qoyub. Siyasətçinin sözündən çox əməli vacibdir. Əgər Paşinyan hələ meydanlarda olarkən səsləndirdiyi şüarları davam etdirsə, Rusiyanın maraqlarına zərbə endirmiş olacaq. Çünki onun tələbləri daha çox anti-Rusiya xarakterli idi. Ancaq hakimiyyətə gəldikdən sonra Paşinyanın bəzi təlaşları özünü göstərib və o, tonunu dəyişib. Rusiya bundan sonra daha çox Paşinyanın hərəkətlərinə fikir verəcək. Əgər o, Qərbi seçməsə, onda Rusiya Ermənistanı köhnə, yəni pro-Rusiya məcrasına gətirməyə çalışacaq. Yox, qərbpərəst siyasi kurs yeridərsə, Rusiya Ermənistanın əldən çıxmaması üçün korrektələr etməyə çalışacaq”.

Rus qoşunları ile ilgili görsel sonucu

Ekspertin fikrincə, burada söhbət təkcə Gümrüdəki bazadan getmir. “Rusiya istənilən vaxt oraya daha geniş hərbi qüvvə yeridə bilər. Çünki Ermənistan İran və Rusiya sərhədində Rusiya hərbiçiləri var. Rusiya iki əsrdən artıqdır ki, Ermənistana yatırımlar edir və bu mənada bölgədə Ermənistanla bağlı söz haqqı var. Bu proseslərin nə dərəcədə intensiv olacağını və hansı formada həllini tapacağını yaxın gələcək göstərəcək. İstənilən halda Rusiya öz təsirini Ermənistanda saxlamaqda israrlı olacaq”, – deyə o əlavə edib.

*****

Kremlin Ermənistanı öz orbitində saxlamaq üçün rıçaqları isə rəngarəngdir. İkisi deyildi – Dağlıq Qarabağ məsələsi ilə manipulyasiya və işğalçı ölkədəki hərbi kontingent. Bundan əlavə, iqtisadi təzyiq vasitələri də işə salına bilər. Ancaq böyük ehtimalla, Rusiyada iyunun 15-dən iyulun 15-dək nəzərdə tutulmuş futbol üzrə dünya çempionatı başa çatmamış bu yöndə hansısa sərt hərəkətliliyin şahidi olmayacağıq. Çünki Putindən ötrü bu böyük idman tədbiri hər şeydən öncə özünün və ölkəsinin imic məsələsidir.

Rus qoşunları ile ilgili görsel sonucu

Üstəlik, ona qədər Moskva Paşinyanı daha yaxşı dişinə vura, onun xarici siyasət oriyentirləri ilə daha müfəssəl tanış ola biləcək. Eyni zamanda Ermənistan daxilində o vaxta siyasi qüvvələr nisbətində mənzərə üzə çıxacaq ki, bu da rəsmi Moskvaya daha çox hansı qüvvə ilə yola davam eləməklə bağlı suala aydınlıq gətirə bilər.

*****

“Ermənistan Respublika Partiyasının rəhbər şəxsləri hələ də Rusiyadan mesajlar almağa davam edir”. Bu barədə erməni nəşri “Jamanak” yayıb. Qəzet Rusiyanın hələ də Respublika Partiyasının birliyinin qorunmasında maraqlı olduğunu bildirib. Sitat: “Rusiya hesab edir ki, yeni hökumətin formalaşması başa çatanadək Respublika Partiyası parlamentdəki üstünlüyünü qoruyub saxlamalıdır. Rusiya hələ də Respublika Partiyasını yeni seçkilər keçirilənə qədər parlamentdə yeganə legitim çoxluğa sahib olan partiya hesab edir”.

İstənilən halda, belə görünür ki, Nikol Paşinyan üçün geri sayım artıq başlayıb. Moskva mayın 8-də, Şuşanın işğal günü onun üçün “sayğac”ı işə salıb. Zamanın kimə işlədiyini tezliklə biləcəyik…

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

“Camaat bilmir boğazının dərdini çəksin, yoxsa Elmar Vəliyevin ciblərini doldursun”

Sonrakı yazı

100 minlik “Porsche” sürən Nərgiz: “Göbəyiaçıq geyinirəm yazırlar ki…”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.