Rusiyada Kremlinin üzərindən 3 nəfərin vertolyot bağlanmış iplə daşınması görüntüləri ölkə gündəminə düşüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, vertolyot bir müddət sonra 3 nəfəri yaxınlıqdakı bir nöqtəyə düşürüb.
Görüntülər sosial şəbəkələrdən yayıldıqdan sonra aparılan şəxslərin kim olduğu və hansı məqsədlə aparıldıqları təəccüb doğurub.
Rusiya Federal Təhlükəsizlik Xidməti mətbuatın bu haqda suallarını cavabsız qoyub və açıqlama verilməyəcəyi bildirilib.