19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Keçmiş icra başçısının və qohumlarının əmlakı müsadirə ediləcək –SİYAHI

28 Fevral 2019, 19:34
Uncategorized
A A
Keçmiş icra başçısının və qohumlarının əmlakı müsadirə ediləcək –SİYAHI

AXCP-yə və partiyanın sədri Əli Kərimliyə pul göndərməkdə suçlanaraq 7 il 3 ay azadlıqdan məhrum edilən Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmovun özü ilə yanaşı, qohumları da cəzalandırılıb.

S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli və daha üç nəfər AXCP funksioneri haqqında fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılsa da, onun mətni tam elan olunmamışdı. İndi məlum olur ki, Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmdə S.Rüstəmlinin qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunması da yer alıb.

Reportyor.info Azadlıq” radiosuna istinadən müsadirə olunan əmlakların siyahısını təqdim edir:

– Bakı şəhəri, Z.Xəlilov küçəsi 125 ünvanındakı 39 saylı mənzil,

– S.Rüstəmovun qardaşının həyat yoldaşı Rəsmiyyə Rüstəmovanın adına – Gədəbəy şəhəri, 7C ünvanında ikimərtəbəli qeyri-yaşayış sahəsi,

– Gədəbəy-Novosaratovka şosesinin kənarında 0.5 ha torpaq sahəsi,

– S.Rüstəmovun qardaşı Valeh Rüstəmovun adına – Gədəbəy şəhəri, 0.5 ha torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsi,

– Gədəbəy şəhəri, S.Vurğun küçəsi, «Köhnə bazar» adlanan ərazidə 70 kvadratmetrlik qeyri-yaşayış sahəsi,

– Gədəbəy şəhəri, Nizami küçəsi 71 ünvanında fərdi yaşayış evi,

– Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində 0.6 ha torpaq sahəsi,

– Gədəbəy şəhərində 0.5 ha torpaq sahəsi,

– S.Rüstəmovun qardaşının həyat yoldaşı Rüxsarə Rüstəmovanın adına -Gədəbəy rayonu, Qumlu massivində 0.1 ha torpaq sahəsi,

– Gədəbəy şəhərində 0.2454 ha həyətyanı torpaq sahəsi,

– S.Rüstəmovun bacısı Yeganə Rüstəmovanın adına – Abşeron rayonu, Novxanı kəndində 0.1 ha, Qobu qəsəbəsində 0.08 ha torpaq sahələri,

– S.Rüstəmovun qardaşı Taleh Rüstəmova məxsus – Gədəbəy şəhəri, M.Quliyev 7 ünvanında fərdi yaşayış evi,

– Bakı şəhəri, Zərdabi prospekti, ev 7, mənzil 13,

– Bakı şəhəri, Xətai rayonu, Vunq Tay küçəsi 11a, mənzil 22.

S.Rüstəmovun ailə üzvləri bildiriblər ki, müsadirə olunan əmlaklar uzun illər öncə alınıb, S.Rüstəmova da heç bir aidiyyəti yoxdur: «Hətta Gədəbəydə atamızdan qalan evi də müsadirə ediblər, belə qansızlıq olar?».

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsiri və Vidadi Rüstəmli məhkəmə zalından azadlığa buraxılıb. Onların hər ikisinə 3 il sınaq müddəti olmaqla, 6 il 8 ay şərti cəza verilib.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov 4 il, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov isə 3 il həbsə məhkum edilib.

AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Rəsmi açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

Əvvəlki yazı

KREDİT HANSI KURSLA GÖTÜRÜLÜB, O KURSLA QAYTARILACAQ – Vüsal Qasımlı

Sonrakı yazı

Gürcüstan prezidenti Qaxda gürcü icması ilə görüşdü, müzakirə apardı –Zurabişvilinin səfəri başa çatdı

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.