Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Dünya

KQB-nin Qorbaçova açmadığı sirr: Xainlər üçün “zəhər fabriki”

2018-03-12
in Dünya
0
KQB-nin Qorbaçova açmadığı sirr: Xainlər üçün “zəhər fabriki”
0
Paylaşılıb
24
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Moskvanın ətraflarında yerləşən bu görkəmsiz binanın çox da sadə səslənən adı var: 2 nömrəli Elmi Tədqiqat İnstitutu və ya rusca qısa şəkildə Nİİ-2.

Bənzər Yazılar

Paşinyan Qasparyanın həbsinə əmr verdi

“Taliban” seçkilərə qatılır – əfqan hökumətindən “yaşıl işıq”

Virusun yeni növünə 70 nəfər yoluxub – Nazir

BBC-nin məlumatına görə, kənardan baxanda ağacların arasından yalnız bir-iki pəncərəsində işıq görünür. Amma bu laboratoriyanın dəqiq funksiyası dövlət sirridir. Buna baxmayaraq, Rusiya kəşfiyyatının pensiyada olan, ya da qaçaq düşmüş bir sıra keçmiş zabitləri deyirlər ki, əsası 1921-ci ildə Leninin göstərişi ilə qoyulmuş bu təşkilat Kremlin bədnam “zəhər zavodudur”.

Qərb ekspertləri inanırlar ki, bu müəssisənin ilkin məqsədi döyüş meydanlarında istifadə etmək üçün kimyəvi maddələr hazırlamaq olub. Bundan sonra KQB belə bir nəticəyə gəlib ki, zəhərlər ayrı-ayrı fərdlərə tətbiq olunması üçün daha münasibdir.

Salisburidə ötən həftə Sergey Skripal və onun qızına qarşı işlədilmiş kimyəvi maddənin Moskvadan qaynaqlandığını demək hələ tezdir. Britaniya alimləri Porton Doun şəhəri yaxınlığındakı laboratoriyada bu maddənin mənşəyini müəyyənləşdirməyə çalışırlar. Belə maddələr insan kimi ayaq izləri buraxır.

Britaniya Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşlarından biri deyib ki, əgər söhbət çox nadir kimyəvi maddədən gedirsə, burada dövlətin barmağı olduğuna dair ehtimallar artmış olacaq.

Sovet İttifaqının LabX deyilən laboratoriyasının mövcudluğu barədə Stalinin casusu Pavel Sudaplatov məlumat verib. Sudaplatov bu laboratoriya və onun direktoru Qriqori Mayranovski barədə özünün 1994-cü ildə dərc olunmuş “Xüsusi xidmətlər” adlı kitabında yazır. Bu ümumən çox açıq-saçıq bir kitabdır.

Sudaplatov yazırdı ki, adamlara adi tibbi müayinə vaxtı iynə vurardılar. “Pasientlərdən” ən məşhuru Sovet həbsxanasında müəmmalı şəkildə vəfat etmiş İsveç diplomatı Raul Vallenberqdir. Burda doktor Ukrayna millətçilərinə və düşmən tərəfinə keçənlərə iynə vururdu. Bu barədə Sudaplatov kifayət qədər açıq yazıb. Bu edamlar üçün hökmləri Sovet liderləri çıxarırdılar.

KQB düşmənlərin ləğvini Sovet dövrünün sonrakı illərində də həyata keçirirdi. KQB generalı Oleq Kalugin etiraf edirdi ki, 1978-ci ildə çətirin ucuna taxılmış zəhərli iynə ilə öldürülmüş bolqar dissident Markovun zəhəri də bu laboratoriyada hazırlanıb. Əməliyyatı Bolqarıstanın təhlükəsizlik xidmətləri həyata keçirmişdi. Moskva Markovu Britaniya casusu hesab edirdi.

Sonralar Birləşmiş Ştatlara sığınmış KQB polkovniki Yuri Şvets yazır ki, sözügedən məxfi LabX laboratoriyasında 1980-ci illərdə olub. KQB-nin texniki əməliyyatlar direktorluğu zəhər, narkotik və psixotrop maddələrin istehsalı ilə məşğul idi.

Şvetsin özü də Amerikada sampan qədəhinin içinə SP-117 yazılmış qovucuqdan dərman qatmışdı. Onun fikrincə, bu dərmanın adından belə nəticə çıxarmaq olardı ki, KQB-nin toksik arsenalında azı 116 zəhər növü var. O, sözügedən zəhər fabriki barədə məlumatları bu müəssisənin Eskulap ləqəbli işçisindən almışdı. Eskulap qədim yunanlarda təbabət allahı idi.

Bu laboratoriya Sovet liderlərini heyran qoyurdu. Sonuncu lider Mixail Qorbaçov 1988-ci ildə müəssisə ilə maraqlanmışdı. Amma KQB ona informasiya verməkdən imtina etmişdi.

Buna baxmayaraq, bu laboratoriyanın sirləri SSRİ dağılanda açıldı. Laboratoriyanın indiki fəaliyyəti barədə məlumat yoxdur. Lakin kəşfiyyat ekspertləri düşünürlər ki, laboratotriya fəaliyyətini olduğu kimi davam etdirir.

Litvinenko əməliyyatında istifadə olunmuş polonium Sarov şəhərindəki başqa bir dövlət müəssisəsində istehsal olunmuşdu. Ehtimal edilir ki, Moskva laboratoriyasında poloniumu Londona aparıla biləcək formaya salıblar. Bu da düşünülür ki, Litvinenkonun fincanına tökülən polonium jelatin qabıqlı mikrohəb formasında olub.

FTX-nin indiki “elmi institutu” deyilənlərə görə girişi çox çətin olan əlçatmaz bir yerdə tikilib. Bu da qeyd olunur ki, Sovetlər burda Əfqanıstan müharibəsində yaralanmış əsgərləri müalicə edirdilər.

Amma yəqin ki, bu, düzgün məlumat deyil. Putin erasının iddia edilən qurbanları – təhqiqat jurnalsitləri, çeçen döyüşçüləri və Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonu dioksinə bənzər bir maddə ilə zəhərləyiblər.

Sudaplatovun sirr açan kitabını bu gün Rusiyada yazıb dərc etdirmək mümkün olmazdı. İndi belə kitablara görə insanların hansı talelərlə üzləşdiyi bəllidir.

Amma qoca kəşfiyyatçı bilirdi ki, heç bir sirri qiyamətədək gizlədib saxlamaq mümkün deyil.

Buna görə də düşünmək olar ki, keçmiş casus Skripalın zəhərlənməsinə dair detallar bir neçə onillikdən sonra faş olacaq.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Gürcüstanın baş naziri İlham Əliyevlə danışıqlara gəlir

Sonrakı yazı

Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər

Sonrakı yazı
Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər

Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər

Namizədliyi verilən şəxslər üçün verilən müddət bu gün bitir…

Namizədliyi verilən şəxslər üçün verilən müddət bu gün bitir...

Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb – FOTOLAR

Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb - FOTOLAR

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Əli Həsənov iflic olub

Əli Həsənov iflic olub

2021-03-03
Təcili: Mübariz Mənsimov azadlığa buraxılır

Təcili: Mübariz Mənsimov azadlığa buraxılır

2021-03-03
“Bakcell Arena”da işıqlar söndü, oyun yarımçıq qaldı

“Bakcell Arena”da işıqlar söndü, oyun yarımçıq qaldı

2021-03-03
Hərbçilərin maaşına əlavələr nə zaman ödəniləcək? – Müdafiə Nazirliyindən AÇIQLAMA

Hərbçilərin maaşına əlavələr nə zaman ödəniləcək? – Müdafiə Nazirliyindən AÇIQLAMA

2021-03-03
İdarə rəisi işdən çıxarıldı

İdarə rəisi işdən çıxarıldı

2021-03-03
Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” (VİDEO)

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” (VİDEO)

2021-03-03
Qazimizin gözləri açıldı, həkimə şokolad hədiyyə etdi (FOTO)

Qazimizin gözləri açıldı, həkimə şokolad hədiyyə etdi (FOTO)

2021-03-03
BŞİH “8 marş” aksiyası ilə bağlı müraciətə cavab verdi

BŞİH “8 marş” aksiyası ilə bağlı müraciətə cavab verdi

2021-03-03
Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul etdi

Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul etdi

2021-03-03
Azərbaycanda daha bir vəzifəli şəxs minaya düşdü (YENİLƏNİBFOTO)

Azərbaycanda daha bir vəzifəli şəxs minaya düşdü (YENİLƏNİBFOTO)

2021-03-03
Azərbaycanlı ailə azyaşlı qızına nişan mərasimi keçirdi? (İDDİA/FOTO)

Azərbaycanlı ailə azyaşlı qızına nişan mərasimi keçirdi? (İDDİA/FOTO)

2021-03-03
“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər”

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər”

2021-03-03
“Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığına önəm veririk”

“Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığına önəm veririk”

2021-03-03
Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkarlandı

Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkarlandı

2021-03-03
Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki… – REAL funksioneri

Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki… – REAL funksioneri

2021-03-03
Azərbaycanda son sutkada koronavirusa neçə nəfər yoluxub?

Azərbaycanda son sutkada koronavirusa neçə nəfər yoluxub?

2021-03-03
DİN-in rəsmi səhifəsində vətəndaşa yazılan cavabla bağlı – Açıqlama

DİN-in rəsmi səhifəsində vətəndaşa yazılan cavabla bağlı – Açıqlama

2021-03-03
Peyvənd virusun qarşısını 100 faiz alır

Peyvənd virusun qarşısını 100 faiz alır

2021-03-03
Arvadından şübhələnən ərin dəhşətli CİNAYƏTİ – Çayxanada boğazını kəsdi

Arvadından şübhələnən ərin dəhşətli CİNAYƏTİ – Çayxanada boğazını kəsdi

2021-03-03
Paşinyan Qasparyanın həbsinə əmr verdi

Paşinyan Qasparyanın həbsinə əmr verdi

2021-03-03

Seçmə

  • Bütün
  • SEÇMƏ
Əli Həsənov iflic olub
SEÇMƏ

Əli Həsənov iflic olub

2021-03-03
Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki… – REAL funksioneri
Cəmiyyət

Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki… – REAL funksioneri

2021-03-03
Metro qatarları martın 6-7-də hərəkət edəcək
SEÇMƏ

Metro qatarları martın 6-7-də hərəkət edəcək

2021-03-03
“Sovetski” camaatı ayağa qalxdı: “Yasamal icra başçısı da…” – Video
SEÇMƏ

“Sovetski” camaatı ayağa qalxdı: “Yasamal icra başçısı da…” – Video

2021-03-03
Nazirin milyonluq “Topaz” biznesi niyə batır?
SEÇMƏ

Nazirin milyonluq “Topaz” biznesi niyə batır?

2021-03-03
Vətən müharibəsinin 6 itkin zabiti… (FOTOLAR)
Cəmiyyət

Vətən müharibəsinin 6 itkin zabiti… (FOTOLAR)

2021-03-02
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Əli Həsənov iflic olub

Əli Həsənov iflic olub

2021-03-03
Təcili: Mübariz Mənsimov azadlığa buraxılır

Təcili: Mübariz Mənsimov azadlığa buraxılır

2021-03-03
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.