15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Kosovonu uda bilməsək, millini söymək lazım deyil” – Diniyev

19 Noyabr 2018, 15:49
İdman
A A
“Kosovonu uda bilməsək, millini söymək lazım deyil” – Diniyev

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Qol.az saytının suallarını cavablandırıb.

Təcrübəli çalışdırıcı yığmamızın UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda sabah səfərdə Kosovo ilə qarşılaşacağı oyundakı şanslarını dəyərləndirib.

– Millimiz  iki gün öncə Farer adalarını 2:0 hesabı ilə məğlub etdi. Yığmamızın oyununda irəliləyiş gördünüzmü?

– Farer adaları elə komandadır ki, bu gün bu barədə böyük bir fikir yürütmək düzgün olmaz. Dişimizə görə rəqib idi. Qələbə qazanmalaydıq və qazandıq da. Sadəcə, qrupda liderlik üçün iki oyunda 6 xal qazanmalıydıq. Buna görə vacib oyun idi.

– Qrupun son oyununda millimizi Kosovo ilə çətin səfər matçı gözləyir. Bu oyun haqda nə deyə bilərsiniz?

– Kosova yeni yaranan komandadır. Yaxşı futbolçulara malikdirlər. Amma bizim də təcrübəmiz var. Komanda halında hələ təcrübə yığa bilməyiblər. Beynəlxalq arenada az oyun keçiriblər. Bu mənada onları üstələyirik. Futbolçu baxımından isə 90 faizi legioner həyatı yaşayır. Azərbaycana qələbə lazım olduğu halda Kosovaya heç-heçə də bəs edir. Onlar həm ev amilinə, həm azarkeş amilinə, həm də 2 xal öndə olduqlarına görə daha rahat oyanacaqlar. Azərbaycanı daha ağır oyun gözləyir. Çünki qol vurmalıdır. Qol vurmaq üçün də hücumda rəngarəng olmalıdır. Belə deyək, hələ oyunumuz alınmır. Müdafiədə boşluqlarımız var. Farer adaları kimi komandalarla oyunda bunu görürüksə, Kosova ilə omatçda bunu daha çox görə bilərik. İnşallah, görmərik.

– Necə düşünürsüz, qalib gələ bilmədiyimiz Maltaya 5 qol vuran bir yığmanı səfərdə məğlub etmək üçün əsas nə lazımdır?

– Birinci yerdə motivasiya dayanır. Bilirsiniz, olmadığın yerə qiymət vermək, danışmaq asandır. Müdafiədə etibarlı oynayıb, qol şanslarından maksimum istifadə etmək lazımdır. Bu da ustalıqdır. Motivasiya və ustalıq səviyyəsi əsas rol oynayacaq. Eyni zamanda yenə deyirəm, təcrübə də önəmlidir. Biz onlardan bu mənada üstünük. Yığmamızda əsasən “Qarabağ”ın futbolçuları Avrokuboklarda mübarizə apararaq xeyli təcrübə qazanıblar. Bu, bizim üstünlüyümüzdür. Mənə elə gəlir, sakit formada – həyəcansız, qorxusuz oynamaq lazımdır. Kosovo da elə bir yığma deyil ki, keçilməz olsun. Kosovo nə Türkiyədi, nə də Rusiya. Hələ Portuqaliya, İspaniya, Almaniya demirəm. Orta səviyyəli bir rəqib də deyil. Yeni yaranmış komandadır, ona görə püxtələşməyiblər.

– Kapitan Kamran Ağayev Farer adaları ilə oyunda zədələnərək meydanı tərk etmişdi. Daha sonra heyətdən çıxarıldı və yerinə “Qarabağ”ın gənc qolkiperi Şahruddin Məhəmmədəliyev daxil edildi. Necə düşünürsünüz, bu itki komandamıza nə dərəcədə təsir edəcək?

– Kamrana kimsə deyir itki deyil, mən deyirəm itkidir. Onun millidə, Avropada təcrübəsi heyətdəki bütün futbolçulardan çoxdur. Rəşad Sadıqovla bərabər uzun müddətdir millimizdə çıxış edən futbolçudur. Belə oyunlarda təcrübə çox şeyi deyir. Kamranın qapını qorumasından başqa oyunu idarə etməsi də var. Bu da onda çox yaxşı alınır. Komandaya vaxt qazandırması, futbolçuları ruhlandırması və s. Səlahətə zəif qapıçı demirəm, o da yüksək səviyyəlidir. Amma beynəlxalq təcrübə məsələsi var. İnanıram ki, Səlahət sabahki oyunda əlindən gələni edəcək.

– Kosovo səddini keçə bilməsək, sizcə, bu uğursuzluq necə qəbul edilər?

– Kosovonu uda bilməsək, bunu dünyanın axırı saymaram. Futbolda hər cür nəticə olur. Bu gün mütləq deyil ki, Azərbaycan qrupda lider olmalıdır. Qrup mərhələsindən sonra qarşıda pley-off oyunları var.  Orada da Gürcüstan, Belarusiya kimi daha güclü rəqiblər olacaq. Məqsəd Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdır. Yəni, indidən aydın deyil ki, qrup mərhələsini adlayan hansı komanda final mərhələsinə vəsiqə qazanacaq. Buna faciə kimi baxmaq lazım deyil. Keçməsək belə, bu, qarşıdan gələn oyunlara köklənmək lazımdır. O demək deyil ki, biz Kosovonu udsaq, Avro-2020-nin final mərhələsinə vəsiqə qazanırıq. Daha sonra pley-off oyunları da var. Bəlkə də növbəti mərhələdə arzuolunmaz rəqiblərə qarşı oynamalı olacağıq. Bunu son saymıram. Komandaya inanıram, düzələ-düzələ irəli getməlidir. Nə söymək, nə də başqa bir şeyə ehtiyac var. Finala bərabər matç olacaq. Komandaya uğurlar arzu edirəm.

Əvvəlki yazı

Nuşirəvan Məhərrəmli: “Qıcıq yaradan verilişlər…”

Sonrakı yazı

Abel Məhərrəmovun qızının bağçası varmış – FOTO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.