03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Korrupsiya faktları YAP-ın nüfuzuna xələl gətirib – MDHP sədri

04 Mart 2021, 18:03
Seçmə
A A
Korrupsiya faktları YAP-ın nüfuzuna xələl gətirib – MDHP sədri

Sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti Qurultayı keçiriləcək. Qurultay öncəsi Azərbaycan Xalq Demokratik, Yurddaş, Demokratik Sahibkarlar və Milli Qurtuluş partiyaları bəyanat yayaraq, YAP-a qoşulduqlarını bildiriblər. Bundan başqa, daha bir neçə siyasi təşkilatın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq millət vəkili Fərəc Quliyev Yenisabah.az-a açıqlamasında bir sıra partiyaların YAP-a birləşməsinə münasibət bildirib.

O qeyd edib ki, bir çox partiyalar YAP-la bir araya gəlmək, birgə fəaliyyət göstərmək istəyirsə, bu, alqışlanmalı haldır:

“Əvvəla Yeni Azərbaycan Partiyasına sabahkı Qurultayda uğurlar arzulayıram. Biz ölkədə rəqabəti düşmənçilik olaraq görmürük. Biz düşünürük ki, siyasi palitrada yalnız zehniyyət savaşı olmalıdır, alternativlər verməyi bacarmalısan, ölkəni daha da irəli aparmaq yarışına çıxmalısan. Adamların şəxsiyyətinə qarşı, toparlanmış cəmiyyətə, siyasi təşkilatlara qarşı mübarizədə kin, küdurət, düşmənçilik olmamalıdır. Bu mənada, onların işlərində uğurlar arzulayıram. Üstəlik 44 günlük müharibədə olan uğurlar iqtidar partiyasının, onun sədri olan Prezident İlham Əliyevin adına yazılmalıdır. Buna görə hesab edirəm ki, onlara ikiqat uğurlar arzulamağa dəyər. Əlbəttə ki, təmərküzləşmə prosesi mühümdür. Bir çox partiyalar  YAP-la bir araya gəlmək, birgə fəaliyyət göstərmək istəyirsə, bu, alqışlanmalı haldır. Amerika kimi böyük dövlətlərdə əsasən iki partiya yarışır. Xüsusi olaraq Demokratlarla Respublikaçıların yarışını görürük. Azərbaycanda da təmərküzləşmə elə getməlidir ki, oxşar istəkləri həyata keçirən partiyalar bir yerdə fəaliyyət göstərə bilsinlər.  Bu, mümkündür. Bu, cəmiyyət üçün də aydınlıq gətirər, gələcəkdə proporsional sistemdə seçkilər keçirilərsə, zehniyyət savaşı meydana çıxar. Fərdi, mojaritar qaydada seçkilərə qatılan insanlar partiya siyahıları üzrə seçkiyə qatıla bilərlər və ona qədər partiyada özlərini təsdiq etmək imkanları qazanarlar. Beləliklə də partiyanın içində daxili yarışmalar baş verər və sair. Mən təmərküzləşmənin tərəfdarıyam. Bu, partiyaların seçimidir. Hesab edirəm ki, bundan sonra iqtidar-müxalifət münasibətlərində də fərqli yanaşmalar olacaq. Ola bilər ki, müxalifət daxilində də bu cür təmərküzləşmə bir nümunə olsun və getsin. Misal üçün, müxalifət partiyaları bir partiya ətrafında birləşməsi mümkün olmasa belə, bir neçə partiyanın birləşməsi mümkündür. Ola bilər ki, həmin tendensiya müxalifətdə də davam eləsin”.

Korrupsiya və rüşvətxorluğa, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs olunan bəzi YAP üzvlərinin partiyanın nüfuzuna xələl gətirməsinə gəlincə, MDHP sədri deyib ki, bu hallar ictimaiyyətdən gizlədilməyib, qanunu pozanlar hüquqi məsuliyyətə cəlb olunublar:

“YAP hakimiyyətdədir və üzvlərini müəyyən yerlərdə iş başına gətirib. Bu normal bir şeydir, iqtidarda olan partiya öz üzvlərinin məmur kimi haradasa çalışmasını təmin edib. Söhbət hüquq-mühafizə orqanlarından, məhkəmələrdən getmir. Amma digər yerlərdə adamların təyinatı normaldır. Korrupsiyanın olması təbii ki, partiyanın nüfuzuna xeyli xələl gətirib. Partiyada da bununla bağlı açıqlamalar verilir. Partiyaya xələl gətirmiş indiki və eks məmurların böyük ehtimalla uzaqlaşdırılması prosesi gedəcək. Digər partiyalar da yəqin ki, YAP-a qoşulmaqla partiyanı daha sanballı kadrlarla təmin edəcəklər”.

Əsmətxanım RZAZADƏ 

Əvvəlki yazı

AZAL şefinin həyat yoldaşından 7.7 milyonluq yatırım (SİYAHI)

Sonrakı yazı

Baş nazirdən buraxılış imtahanları ilə bağlı (QƏRAR)

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.