Korrupsioner Azərbaycana uçmaq istəyirdi, saxladılar

13 İyun 2019 - 14:20
71 oxunma

Rusiyanın Saratov vilayətinin Məhkəmə qərarlarının icrası federal xidməti idarəsinin məlumatına görə, yerli sakin RF Cinayət Məcəlləsinin 291-ci maddəsi (rüşvət vermə) üzrə korrupsiya cinayəti törətməkdə təqsirli bilinərək ittiham olunub.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, 120 min rubl həcmində cərimə edilsə də, o, cərimə məbləğinin yarısını könüllü ödəyərək, sonradan ödənişləri etməkdən imtina edib.

Yerdə qalan məbləği borcludan almaq məqsədilə onun ölkəni tərk etmək imkanları müvəqqəti məhdudlaşdırılıb. Borc kişinin yadına hava limanında düşüb – o, Azərbaycana uçmaq istəsə də, buna imkan verilməyib. Yalnız borcunu tam bağladıqdan sonra məhkəmə icraçısı ona ölkəni tərk etməyə icazə verib və Saratov sakini Azərbaycana yola düşüb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"