Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2 milyonu ötüb.
Reportyorinfo bildirir ki, bu barədə “Worldometers” məlumat yayıb.
Bildirilir ki, hazırda 2 000 043 nəfərin koronavirus testləri pozitiv nəticələnib, 126 753 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 484 573 nəfərə çatıb. Statistikaya əsasən, qitələr arasında ilk yerdə 937 436 yoluxma sayı ilə Avropa, ölkələr arasında isə 614 246 yoluxma ilə ABŞ dayanır.