01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Koronavirus çap mediasını da çökdürüb – qəzet rəhbərləri…

29 Mart 2020, 19:25
Uncategorized
A A
Koronavirus çap mediasını da çökdürüb – qəzet rəhbərləri…

Azərbaycanda da yayılan koronavirus bir çox sahələrə, eləcə də, çap mediasına təsirsiz ötüşməyib. İnsanlar daha çox informasiya əldə etmək istəyir. Amma buna baxmayaraq, qəzetlərin ancaq elektron versiyası fəaliyyət göstərir. Bundan başqa, çap mediasının öz fəaliyyətini bərpa edib-etməyəcəyi, nə zaman bunu edəcəyi də sual altındadır. 

Söhbət gücləndirilmiş karantin şəraitindən gedirsə, o zaman jurnalistlərin də redaksiyalara gəlmə imkanları məhdudlaşıb. Bundan başqa, bir çox qəzet redaksiyasının yerləşdiyi və çap olunduğu “Azərbaycan” Nəşriyyatının da fəaliyyəti müvəqqəti dayandırılıb.

Rusiyalı ekspertlər isə iddia edir ki, koronavirus çap mediasını da çökdürəcək. Bəs çıxış yolu nədədir? Ölkənin çap mediası sektoru bundan çıxış yolunu necə görür?

Musavat.com mövcud situasiyadan çıxış yolları ilə bağlı ölkədə fəaliyyət göstərən bəzi qəzetlərin təmsilçilərindən mövqe öyrənib.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirdi ki, onsuz da çap mediasının vəziyyəti pis idi və ildən-ilə də ağırlaşırdı. Onun sözlərinə görə, koronavirus çap mediasına da ciddi zərbə vurdu: “Nəticədə qəzetlər də müvəqqəti olaraq öz fəaliyyətini dayandırıb. Virusdan xilas olandan sonra onun mediaya vuracağı maddi ziyan çox ciddi olacaq. Düşünürəm ki, yaxın 2 aydan sonra qəzetin itirdiyi tirajları yenidən qaytarmaq üçün ciddi şəkildə səy göstərməli olacağıq”.

Müsahibimiz bildirdi ki, 6 aprelə qədər qəzetlərin çapı dayandırılıb: “Bu prosesin uzanıb-uzanmayacağı isə bəlli deyil. Bütün hallarda indi çıxış yolu qəzetlərin onlayn versiyasına üstünlük verməkdir. Musavat.com saytı 24 saat fasiləsiz çalışır. TV Müsavat həftə ərzində fasiləsiz olaraq, gündə 2-3 dəfə canlı yayınlar verir, əməkdaşlarımız studiyadan, eləcə də skayp üzərindən verilişlər hazırlayır, insanlarımızı maarifləndirirlər. Onların da reytinqi, baxış sayı olduqca yüksək olur. Yəni, biz əlimizdəki bütün resurslardan istifadə edərək, bizim sadiq oxucu və tamaşaçılarımızı xəbərsiz qoymuruq. Bu, belə də davam edəcək”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, daha öncədən “Azərbaycan” Nəşriyyatının martın 29-dan öz fəaliyyətini bərpa edəcəyi ilə bağlı düşünürdülər. Onun sözlərinə görə, bu yeni qaydalara uyğun olaraq, nəşriyyat aprelin 4-dən sonra işləyəcək:

“Ümumiyyətlə, mətbuat yayımı sektoru, köşklər Operativ Qərargahın şərtlərinə uyğun olaraq bir müddət işləməyəcək. Biz düşünürdük ki, nəşriyyat işləsə, bu gün və sabah qəzetimizi çıxaraq. Amma belə variantda qəzet çapı mümkün deyil. Ona görə də daha çox yükü onlayn variantına veririk. İşçilərlə vatsap qrup yaradılıb və bu variant üzərində daha çox çalışırıq. İndi burada Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun layihələri çap olunmalıydı. Amma dünən fond bizə məlumat verdi ki, bu ay çap olunmayan layihələri elektron variantında qəbul edəcəklər. Aprelin ilk günlərində də situasiayaya uyğun olaraq  nə zaman, hansı dövriliklə çıxa biləcəyimizi qərara ala biləcəyik. İndi həm də rayonlarla əlaqə, qəzetlərin rayonlara getməsi, yayım məsələsi də problemlidir. Ona görə də bilmirəm ki, qəzetin yayımı, çapı necə olacaq. Suallar qarşısındayıq”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirdi ki, yaranmış yeni reallıqlar çərçivəsində çap mediası problemlərlə üzləşib: “Məsələ burasındadır ki, həm çap, həm də yayımla bağlı problemlər var. Üstəlik, bilirsiniz ki, növbəti həftə hökumət tərəfindən qeyri-iş günü elan olunub. Hazırda tv-lər istisna olmaqla, əksər informasiya resursları evdən iş rejiminə keçib. Amma qəzet elə bir spesifik işdir ki, kollektivin ən azı bir hissəsi redaksiyada olmalıdır. Bu isə mövcud şəraitdə əməkdaşların sağlamlığını riskə atmaq deməkdir. Əgər mətbəələr işləməyəcəksə, qəzet köşkləri bağlı olacaqsa, çap mümkün olmayacaq. Ona görə də düşünürəm ki, növbəti həftəni də evdən iş rejimində keçirək, məhsullarımızı oxucuya internet resurslarımızın imkanları vasitəsilə çatdıraq”.

Əvvəlki yazı

Meyvə-tərəvəz bazarında bahalaşma – Video

Sonrakı yazı

Azərbaycanda 27 nəfər də virusa yoluxdu – Rəsmi

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.