06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Könül İsmayılova LAÇINDAN yazdı

18 May 2020, 11:35
Cəmiyyət
A A
Könül İsmayılova LAÇINDAN yazdı

“Ali Baş Komandanımızın bizə bu sevinci, bu qələbəni yaşadacağına əminəm”

 

Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova Laçın şəhərinin işğalı ilə bağlı özünün “facebook” səhifəsində xatirələrini bölüşüb.

 

Versus.Az xanım siyasətçinin Laçınla bağlı xatirələrini təqdim edir:

 

“Laçın deyəndə orta məktəb illərimin yay tətilləri yadıma düşür. Hər il yay tətillərini Laçına gedirdik. Laçının lalə yamaclı yaylaqları indinin özündə də gözümün qabağındadır. Çox sevirəm Laçını. Məktəbin bitməsini necə səbirsizliklə gözlədiyimi xatırlayıram. Tələsirdim ki, yay fəsli tez gəlsin, gedək o gözəllikləri görək…

 

Laçına ailəlikcə sonuncu gedişimiz zamanı 5-ci sinifdə oxuyurdum. 1990-cı ilin may ayının sonu idi, söz vaxtına çəkər. Rayona gedib çatana qədər keçdiyimiz dolama yollar gözümün önündən getmir. Gündüzləri günəşli, axşamları sərin keçən Laçınım.

 

Yadımdadır ki, hər axşam saat 22-00-dan sonra atəş səsləri eşidilirdi. Nənəmlə babam eşidirdim ki, Dığdan, Gorusdan yenə atırlar. Heç kim dərk etmirdi nələr baş verir. Öyrəşmişdik atəş səslərinə, çox sakit qəbul edirdik. Gündüzlər hamı öz işində-gücündə olurdu, axşamlar eyni saatlarda yenə də atəş səsləri davam edirdi. Heç kəsin ağlına da gəlmirdi ki, o dıgalar atəş aça-aça gəlib çıxacaqlar Laçınımıza və həyasızcasına zəbt edəcəklər torpağımızı…

 

Həmişə yuxularımda Laçına gedirəm. Bəlkə də yenidən o torpaqları qarış-qarış gəzəcəyim günləri o qədər arzuladığımdandır ki, yuxularımdan çıxmır… Mikayıl Müşfiqin dediyi kimi – “Yenə O bag olaydı”… Mən isə deyirəm, yenə torpaqlarımız azadlıqda olaydı, dolama yollarla gedib Laçına çıxardıq, nənəmin meyvə bağında o meyvələrdən dərib yeyərdim, qonşunun nəvələri ilə “yeddi şüşə”, “ortada qaldı” oynayaydım, babam məni o laləli yaylaqlara aparaydı… Gözəl yuxularım çin olaydı…

 

O qədər gözəl uşaqlıq xatirələrim var ki, yaddaşımda.

Məncə uşaqlığını Laçında keçirən hər kəs o yerlərə qayıdanda hansı yaşda olmasına baxmayaraq uşaqlaşacaq… Bizim Laçının torpaqları bərəkətlidir, havası şəfalıdır, ora gedəndə cavanlaşacaq, sağlıqlarına qovuşacaq laçınlılar.

Çox ümüd edirəm ki, o gözəl uşaqlıq xatirələrim çin olar və gül qoxulu torpaqları qoxlamaq mənə də nəsib olar. Ali Baş Komandanımızın bizə bu sevinci, bu qələbəni yaşadacağına əminəm”.

Əvvəlki yazı

Azərbaycanda məhkəmələrin fəaliyyəti tam bərpa olundu

Sonrakı yazı

Milli Məclis sabah bu məsələləri müzakirə edəcək – SİYAHI

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.