14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kocaelidə Qarabağ həqiqətlərinin geniş təbliği müzakirə edilib- FOTOLAR

04 Mart 2018, 23:26
Cəmiyyət
A A
Kocaelidə Qarabağ həqiqətlərinin geniş təbliği müzakirə edilib- FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın Kocaelidə Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifini bələdiyyə başqanı dəstəkləyib

Kocaeli bələdiyyə başqanı İbrahim Karaosmanoğlu, millət vəkilləri, Körfez bələdiyyə başqanı İsmail Baran ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliği müzakirə olunub.Xocalı parkı və abidəsinin açılışında iştirak etmək üçün Kocaelidə səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası rəhbəri Bilal Dündar, Bakı şəhər Nəsimi rayin icra başçısının müavini Gülarə Verdiyeva, Azərbaycan qazisi Azər Quluyev, Göyçay şəhər bələdiyyə sədri , Bakı şəhər Nəsimi rayon bələdiyyə sədri Kocaeli bələdiyyə başqanı və millət vəkilləri ilə görüşüblər. Millət vəkili Q.Paşayevanın Kocaelidə Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifini bələdiyyə başqanı dəstəkləyib. Q.Paşayeva Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü olduğunu da vurğulayaraq bölgənin mərkəzi küçələrindən birinə Azərbaycan adının verilməsini və orada qoyulacaq lövhədə Azərbaycanla bağlı məlumatların əks olunması təklifi ilə çıxış edib.Bələdiyyə başqanı təklifi dəstəkləyib. Millət vəkili Q.Paşayeva Kocaeli bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən bələdiyyə başqanı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkilləri Q.Paşayeva və Sona Əliyeva həmçinin Körfez bələdiyyə başqanı İsmail Baran , bölgənin rəsmi şəxsləri ilə də görüşüblər. Onlar Körfez mərkəzində Xocalı parkı və abidəsinin açılmasını həyata keçirən bələdiyyə başqanına təşəkkürlərini bildiriblər və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyiblər. Millət vəkili Q.Paşayeva Xocalı soyqırımı parkı və abidəsinin Körfez bölgəsində açılmasına dəstək olan və özünün yazdığı Xocalı şeiri ilə gənc nəsillərə örnək olan bələdiyyə başqanı İsmail Baranla görüşdə ona dosta və düşmana böyük bir məsaj olan addımı üçün təşəkkür edib. Azərbaycanı çox sevdiyini deyən Körfez bələdiyyə başqanı Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Körfez bələdiyyə başqanı İsmail Baran Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Körfez bələdiyyə başqanı İsmail Baran Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva həmçinin Kocaeli millət vəkilləri və valisi ilə də görüşüblər və müzakirələr olub. Söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə millət vəkili bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Kocaeli, Körfez arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Kocaelidə təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini Millət vəkili Q.Paşayeva həmçinin Kocaelinin aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları, burada yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub. Millət vəkili KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanıa bağlı suallarını da cavablandırıb.

Kocaelidə Qarabağ həqiqətlərinin geniş təbliği müzakirə edilib-

Əvvəlki yazı

Razim Məmmədov Xətaini cəhənnəmə döndərir- daha bir park hasarlanıb+FOTOLAR

Sonrakı yazı

Əsəd ordusu hərəkətə keçdi – Şərqi Quta ələ keçirilir

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.