05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Köçəryan hərəkat yaradır: Paşinyana qarşı…

05 Noyabr 2019, 15:36
Dünya, Manşet
A A
Köçəryan hərəkat yaradır: Paşinyana qarşı…

Sarqis Artsruni

“1in.am”, Ermənistan, 04 noyabr 2019-cu il

 

Robert Koçaryannın tərəfdarlarının yaratdığı “Qələbə” hərəkatının nümayəndələri dünən Qeqarkunik vilayətinin Qavar şəhərində ikinci prezidentə dəstək üçün imza toplayıblar.

Hərəkatın nümayəndələrindən biri öz çıxışında qeyd edib: “Biz Ermənistanın qarşısında duran problemlərlə bağlı fikirlərimizi sizinlə bölüşmək istəyirik. Sizlərin çoxu, bu və ya başqa səbəbdən, Yerevanda nə baş verdiyini bilmir.

Bu gün Ermənistan çox ciddi çağırışlarla qarşı-qarşıya qalıb. Ona görə də biz ölkəmizin arzularımızın vətəni olması üçün sizinlə söhbət etməyə, birgə düşünməyə və fikirlərimizi bölüşməyə, nə edəcəyimizə qərar verməyə gəlmişik. Bizim hərəkatımızın şüarı “Birləşmə”dir, sizi bizə qatılmağa çağırırıq”.

Hərəkat imza toplamağa 26 oktyabrda “Qələbə” parkında başlayıb. Təşəbbüsün üzvləri artıq Çarentsavan və Abovyan şəhərlərində olublar.

Biz “Qələbə”nin Koçaryan trayektoriyasını çoxdan, hələ bu təşəbbüsün üzvləri vətənpərvər şüarların və hay-küylü bəyanatların kölgəsində gizlənərkən açmışdıq.

Ən azı, bir həftədir ki, “Qələbə” hərəkatı “açılıb” və Koçaryan üçün imza toplayır. Əlbəttə, cəmiyyət üçün bu müddətdə Koçaryan üçün neçə imzanın toplanması, məsələn, ikinci prezidentin tərəfdarlarının tirajladığı tərifli çıxışlardan daha maraqlıdır. “Qələbə”nin rəqəmləri açıqlayacağına əmin deyiləm, çünki ictimai əhvali-ruhiyyə Koçaryan tərəfdarlarının azsaylı olduğunu “pıçıldayır”.

Onu fərz etməyə daha çox meylliyəm ki, Koçaryanı dəstəkləyən bu növbəti təşəbbüs də, digərləri kimi, imitasiya xarakteri daşıyır, məqsəd – Ermənistanın ikinci prezidentinin tərəfdarlarının olduğunu göstərməkdir.

Koçaryan tərəfdarları “arzuların vətəni” haqqında danışdıqları zaman belə təəssürat yaranır ki, onlar bilərəkdən cəmiyyəti lağa qoyurlar və ya həmin cəmiyyəti Robert Koçaryanın cinayət məsuliyyətinə cəlb edilməsi və azadlıqdan məhrum edilməsi üçün birləşməyə məcbur edirlər.

Koçaryanın təsəvvür etdiyi “arzuların vətəni”ndə iki misilsiz cinayət baş verib, bir əyalət adamı ölkəni və cəmiyyəti talayaraq milyardlıq varidat sahibi olub, ölkə qanlı keyf məclislərilə və korrupsiya tarixçələrilə zəngin əraziyə çevrilib.

Bu, yalnız Robert Koçaryan və onun klanı üçün “arzuların vətəni” olub. Cəmiyyət öz vətəni haqqında xəyal qurmağa başlayanda isə inqilab baş verdi, Robert Koçaryan üçün həbsi qaçılmaz etdi.

Belə alınıb ki, Ermənistanda “arzuların vətəni”nə ya cəmiyyət, ya da Robert Koçaryan sahib ola bilər və bu müstəvidə bu gün olan hər şey təbiidir. Yalnız aydın olmayan odur ki, Koçaryan cəmiyyətdə kimləri axtarır?

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Əli İnsanov və Əli Kərimli Müsavatda…

Sonrakı yazı

Mehriban Əliyevadan Oqtay Gülalıyevlə bağlı TAPŞIRIQ

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.