14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Klinikalar “kraliçası” Aytən Quliyeva: “Baku Clinic”ə gedəni soğan kimi soyurlar – Özəl

24 Fevral 2019, 16:13
Gündəm, Seçmə, Banner
A A
Klinikalar “kraliçası” Aytən Quliyeva:  “Baku Clinic”ə gedəni soğan kimi soyurlar – Özəl

Azərbaycanda özəl klinikalar supermarket, şadlıq evləri kimi fəaliyyət göstərir. Hər bir klinikanı yalnız qazanc maraqlandırır, xəstələrin sağlamlığı və düzgün diaqnoz, müalicə veclərinə deyil.

İndi tək-tük klinika qalıb ki, orada ölüm hadisəsi, həkim səhlənkarlığı, soyğunçuluq olmasın. Hər ay mətbuata saysız-hesabsız belə şikayətlər daxil olur.

Səhiyyə Nazirliyi isə bəyan edir ki, klinikaların işinə qarışmır, onların qiymət siyasətinə müdaxilə etmək ixtiyarı, tənzimləmək hüququ yoxdur.

Sanki bazardır, kim məhsulunu neçəyə istəyirsə sata bilər. Söhbət isə səhiyyədən, tibbdən, vətəndaşların həyatından gedir.

Təsadüfi deyil ki, əhalinin İran, Gürcüstan, Türkiyə, daha çox imkanı olanların Avropa xəstəxanalarına üz tutması məhz ölkəmizdəki bu klinikaların soyğunçuluq siyasəti, dövlət xəstəxanalarında rüşvətin tüğyan eləməsi, həkimlərin bazar açması, yanlış diaqnozlar qoyulması, səhv müalicələr aparılmasının nəticəsidir. Pulun yoxdursa, heç bir özəl klinika qapısını döyə bilməzsən, mühafizəçi sürüyüb küçəyə səni atacaq.

Eyni zamanda məmurlar, nazirlər, deputatlar, elə səhiyyə nazirinin özü də Azərbaycan səhiyyəsinə etibar eləmir, Avropada müalicəyə üstünlük verir.

Biz də bir media olaraq özəl klinikaların fəaliyyətini araşdırmaq üçün bir layihəyə start vermişik. Bunu zəruri edən amil vətəndaşların şikayətlərinin günbəgün artmasıdır.

Vətəndaşlar ümid edirlər ki, prezidentin apardığı sosial siyasətin, islahatların davamı olaraq səhiyyə sisteminə də əl gəzdiriləcək, özəl klinikaların əhalini soğan qabığı kimi soymaq işinə baxılacaq.

Belə yerlərdən biri isə “Baku Clinic”dir. Bu tibb ocağı nə bakılıların, nə də şəhərin qonaqlarının dərdinə dərman edir.

Paytaxtın Həsən Əliyev küçəsində yerləşən bu klinikanın vəzifəsi xəstələrə xidmət yox, müştəri gözü ilə baxmaqdır. Ona görə bu tibb mərkəzinə girən cibi boş çıxır. Çünki qiymətlər soyğunçuluq mahiyyəti daşıyır.

Reportyor.info-nun verdiyi məlumata görə, belə xəstələrdən biri adının çəkilməsini istəmədən başına gələnləri nəql edib.

Onun sözlərinə görə, burada kompüter tomoqrafiyasından keçib və nə az, nə çox düz 95 manat alınıb.

Bu tarifi müəyyənləşdirən klinika rəhbərliyi hansı meyarları, əsasları, iqtisadi şəraiti əldə rəhbər tutub aydın deyil.

Sadəcə, ürəyindən bu qiyməti təyin etmək keçib. Adi bir tomoqrafiyanın məbləği bir xəstənin pensiyasının yarıdan çoxu edir.

Amma “Baku Clinic” vətəndaşların bugünkü iqtisadi vəziyyətini nəzərə almadan şəxsi çıxarları naminə fantastik və soyğunçu qiymətlər müəyyən edib. Burada analizlər, çek-aplar, müxtəlif müayinələrin ödənişi son dərəcə bahadır.

Klinika ilə əməkdaşlıq edən həkimlər isə faiz götürmək üçün pasientlərini analiz üçün bura yönəldirlər.

Bu tibb ocağının rəhbərinin kim olması da sirr saxlanır. Müəssisənin rəsmi internet saytında baş həkimin kimliyi, tibb personalı haqda məlumat verilmir.

Yalnız saytların birində dərc olunmuş ən varlı qadınlar haqda arayış xarakterli məqalədə klinikanın sahibəsinin Aytən Quliyeva olduğu qeyd edilib.

Görəsən, Aytən xanım qiymətləri tərtib edərkən əhalinin sosial şəraitini, dolanışığını, minimum əmək haqqını və pensiyanı düşünməyibmi?

İnsanlar boğazından kəsib baha qiymətə müayinədən keçməli olurlar. Halbuki, qiymətləri nisbətən ucuz etmək olardı.

A.Quliyevanın adı həm də “Diamed” klinikasının rəhbəri kimi keçir. Görünür ki, çox bacarıqlı, işinin peşəkarı olan bir biznes ledidir.

Buna qəti şübhəmiz də yoxdur. O, “Diamed Co.” təkistifadəlik şpris istehsalı zavodunun da təsisçisidir. Yəni, böyük biznes imperiyasına malikdir.

Ancaq bu imkanlara sahib iş adamı bir xanımın klinikasında “od tutan” qiymətlər, aztəminatlı, kasıb əhalinin nəzərə alınmaması ürəkağrıdıcı mənzərədir.

Onsuz da “Baku Clinic”ə varlılar, məmurlar getmir. Belə halda hörmətli A.Quliyeva qiymət siyasətinə yaxşı olardı ki, nəzər yetirsin, müəyyən güzəştlər tətbiq eləsin, ucuzlaşdırmağa başlasın. O halda daha çox pasient müraciət edəcək.

Amma indi həkimlərin qəbulu 35-40 manatdan başlayır, analizlər 80-120, bəziləri 200 manat edir. Yeri gəlmişkən, A.Quliyev prezident İlham Əliyevin fərmanı ilə iqtisadi inkişafa verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə Tərəqqi medalı ilə təltif edilib.

O nöqteyi-nəzərdən gərək klinika sahibi dövlət başçısının bu etimadını doğrultsun, vətəndaşları məmnun eləsin, narazı salmasın, prezidentin sosial siyasətinə uyğun olaraq klinikadakı analiz, KT, MRT və s. müayinələrin qiymətlərini hazırkı reallıqla uzlaşdırsın.

“Baku Clinic”-dən qiymətin yüksək olmasının səbəbi izah edilmir. Ultrasəs müayinəsinin qiymətinin təkcə qarın boşluğu üçün 40 manat olduğu deyilir. Əgər pasiyent böyrəklərini də UZİ-dən keçirmək istəyirsə, bu zaman qiymət 60 manata qalxır.

Əhalini özəl klinikalara aparan MRT müayinəsi isə bu klinikada 135 manatdır. Əgər xəstəyə bu müayinədən öncə kontrast adlı iynə vurulursa, qiymətin üzərinə 59 manat da əlavə olunur. Yəni, yıxıl öl!

Bütün bunlara baxmayaraq, biz hörmətli Aytən Quliyevanın fikirlərini əsaslandırmaq üçün mövqeyini işıqlandırmağa hazırıq, klinikanın açıqlamasını dərc edə bilərik.

Gülay

REPORTYOR.info

Əvvəlki yazı

Komada olan jurnalist vəfat etdi

Sonrakı yazı

Şahmar İbadov 12 milyonluq korrupsiyanı Abidin Fərzəliyevin üstünə yıxdı – Video/Faktlar

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.