Kirkorov əkizləri ilə Bakıda

30 Oktyabr 2019 - 12:53
71 oxunma

Xalq artisti Filipp Kirkorov Bakıya gəlib. Axşam.az xəbər verir ki, rusiyalı müğənni əkizlərini də gətirib.

Sənətçi Heydər Əliyev adına Hava Limanında media nümayəndələri ilə görüşüb. Kirkorov oktyabrın 30 və 31-də paytaxtımızda verəcəyi konsertlə bağlı sualları cavablandırıb.

“Xüsusi təşəkkürümü Azərbaycan Prezidentinin ailəsinə bildirmək istəyirəm. Azərbaycalılar özəl və maraqlı millətdir. Hər zaman çalışmışam ki, gözlədikləri coşqunu reallaşdırım.

Mən ilk dəfə hava limanında təşkil olunan mətbuat konfransında iştirak edirəm. Bu, çox kreativ bir addımdır. Azərbaycan hər zaman fərqlidir”, deyə o, bildirib.

Xalq artisti Heydər Əliyev Mərkəzinə gedəcəyini deyib: “Mən bilərəkdən konsertdən qabaq arıqlayırdım. Çünki bilirdim ki, burada çoxlu yemək yeyəcəm. Dünən Nyu-Yorkda, bu gün isə Bakıdayam. Konsertdən əvvəl dadlı yemək, xeyli yatmaq və uşaqlarımla vaxt keçirmək istəyirəm.

Mən adətən uşaqlarımı elə yerlərə aparıram ki, həm onlara, həm də mənə rahat olsun. Konsertimin ikinci günündə Heydər Əliyev Mərkəzində olacağam. Düşünürəm ki, bura dünyanın 8-ci möcüzəsidir.

Xeyli vaxtımız olacaq. Mütləq İçərişəhərə səfərimiz olacaq və şoppinqə də vaxtımız var. Eyi zamanda, məşqlərimiz də olacaq. Çünki sizə konsertdə sürprizlərim olacaq”.

Bundan əlavə, pop ifaçısı Bakıda ev almaq niyyətindən də söhbət açıb: “Mən insanlara çox alışıram. Xüsusilə Azərbaycana… Həmişə fikirləşirəm ki, buradan ev almalıyam, kök salmalıyam.

Çox yerlərdə olmuşam, ancaq Bakı mənim üçün siyahıda önəmli yerlərdən biridir. Bakıdan ev almaq niyyətim olsa da, çətin bir qrafikim olduğu üçün bunu edə bilmirəm”.

O, Birinci Vitse-Prezident başda olmaqla, bütün Azərbaycan xanımlarının şahzadə olduğunu vurğulayıb: “Mehriban Əliyevanın simasında Azərbaycan xanımları çox möhtəşəmdirlər, xeyirxahdırlar. Onlar bizim üçün bir şahzadədilər. Bu xanımları sevməmək mümkün deyil”.

O bildirib ki, azərbaycanlı pərəstişkarları üçün möhtəşəm şou hazırlayıb. Kirkorov səhnədə Xalq artisti Aygün Kazımova ilə olan duetini də səsləndirəcək.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"