Kaspşik Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndə təyin edildi – 23-cü dəfə

28 Fevral 2019 - 11:19
403 oxunma

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı bir il müddətinə uzadılıb.

Bu barədə “Report”a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.

“Səfir Anjey Kaspşiki münaqişə üzrə şəxsi nümayəndəm təyin etdim, Minsk prosesinə inanırıq və uğur üçün lazım olan dəstəyi davam etdirəcəyik”, – M.Layçak deyib.

Beləliklə, polşalı diplomat 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Qeyd edək ki, A.Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutur.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"