06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kamaləddin Qafarov: “Prezidentin bəzi məmurlara sərt xəbərdarlığı…”

17 Mart 2020, 15:20
Siyasət
A A
Kamaləddin Qafarov: “Prezidentin bəzi məmurlara sərt xəbərdarlığı…”

Sosial yönümlü islahatların reallaşdırılması ölkəmizin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə dövlət tərəfindən aparılan genişmiqyaslı tədbirlər 2020-ci ildə də gündən –günə genişlənməkdədir.

Bu fikri Milli Məclisinin deputatı Kamaləddin Qafarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevi qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən söyləyib.

K. Qafarov bildirib ki, ötən il həyata keçirilən sosial islahatlar Azərbaycanda 4,2 milyon nəfərin güzaranının yaxşılaşmasına əhəmiyyətli  dərəcədə kömək etdi. Bu islahatlar paketinin ən önəmli istiqamətlərindən biri
pensiyaların miqdarının artması idi. Azərbaycan üzrə minimum pensiyanın birdən-birə 72 faiz artımı təmin olundu və bu artım 660 min pensiyaçını əhatə etdi.

Ümumilikdə digər kateqoriyalar üzrə pensiyaçıları da buraya əlavə etdikdə, 750 min pensiyaçının sosial şəraitinin yaxşılaşdığının şahidi olduq. Sırf yaşa görə orta aylıq pensiyanın 350 manata çatdırılması isə bu sahədə cari səylərin əsas hədəfidir.

Millət vəkili qeyd edib ki, memarı və əsas istiqamətvericisi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev olan dinamik və davamlı islahatların əsas məramı ölkədə işsizliyin səviyyəsinin azaldılaraq minimuma çatdırılması, əhalinin istehsal və xidmət sahələrinə cəlb olunması və özünüməşğulluq proqramlarının tətbiqi yolu ilə rifahının yüksəldilməsinə nail olmaq, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqələrinin həyat şəraitini yaxşılaşdırmaqdır.

Bu strateji hədəflərinin reallaşdırılması üçün bu il ölkədə daha 8 DOCT Agentliyinin yaradılması, özünüməşğulluq proqramlarına 11min ailənin cəlb edilməsi, 85-90 min ailənin ünvanlı sosial yardım proqramı ilə əhatə olunması, şəhid ailələri və müharibə veteranları üçün 1500 evin tikilib  istifadəyə verilməsi nəzərdə tutulur.

Millət vəkili Kamaləddin Qafarovun fikrincə, dünyanın əksər ölkələrini bürümüş koronavirus təhlükəsi səbəbli neft gəlirlərinin azaldığı bir dönəmdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin islahatların daha da şaxələndirilməsi və inkişaf etdirilməsi mesajini verməsi çox ibrətamizdir.

Prezidentimizin bəzi məmurlara sərt xəbərdarlığı, neqativ hallara qarşı amansız mübariz anonsunu verməsi həm cəmiyyəti ümumi bəlaya qarşı səfərbər edir, həm də hər bir vətəndaşın konkret şəraitdə vəzifələrini bir daha aydın şəkildə müəyyənləşdirir.

Əvvəlki yazı

Azərbaycanın baş infeksionisti xəbərdarlıq edir – təhlükə realdır…

Sonrakı yazı

Qərargah: koronavirusa yoluxmuş daha 4 nəfər sağalıb

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.