08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və…

06 May 2018, 15:08
Cəmiyyət
A A
Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və…

Keçən həftə Nijni-Novqorod Məhkəməsi iki uşağının amansız qətlində ittiham edilən 27 yaşlı yerli sakin Yelena Kərimovanı həbs edib. O, uşaqları öz əlləri ilə boğub, sonra izləri itirmək üçün meyitləri iki dəfə yandırmağa çalışıb. Kərimovanın özü hərəkətini aydın izah edə bilmir. O iddia edir ki, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün belə addım atmaq qərarına gəlib.

Virtualaz.org bildirir ki, Life.ru saytının yaydığı yazıda belə deyilir.

Artıq Y.Kərimova barəsində kompleks psixoloji-psixiatrik ekspertiza təyin olunub. Ekspertiza qadının cinayəti törədən zaman anlaqlı olub-olmaması sualına aydınlıq gətirməlidir. Hərçənd Kərimova məhkəməsində tamamilə adekvat təsir bağışlayıb. Doğmaları və yaxınları deyirlər ki, Kərimova uşaqlarını çox sevirdi və bu dəhşətli cinayətə gedə bilməzdi. Onların fikrincə, bu dolaşıq işdə Kərimovanın keçmiş əri və uşaqların atası – Azərbaycandan olan kriminal avtoritetin hansı formadasa rolu olub…

Qeyd edək ki, istintaqın ilkin versiyasına görə, Y.Kərimova uşaqlarını – 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı kirayəyə götürdüyü “Kia Rio” markalı maşının arxa oturacağına oturdub. Maşında uşaqları boğub və bundan sonra cəsədləri yoxa çıxarmaq haqda düşünüb. Qərara gəlib ki, heç kimin olmadığı bir əraziyə aparıb orada yandırmaqla uşaqlarının cansız bədənlərini külə döndərsin. Bu niyyətlə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib, benzin alıb və meyitləri Semyonovsk rayonunun Şaldej kəndinin kənarındakı meşəyə aparıb. Uşaqlarının cəsədini meşənin bir kənarına tullayan qadın üzərilərinə benzin tökərək odlayıb. Lakin sonradan gecəyarısı meşədə yanğını görəcək şəxslərin olacağından qorxaraq alovu söndürüb. Cəsədləri maşına qoyaraq Nijni-Novqoroddakı mənzilə qayıdıb. Növbəti gün yenidən Semyonovsk rayonuna qayıdaraq orada yarıyanmış cəsədləri gizlətmək üçün yer axtarıb. Belə bir yeri Osinki kəndinin ərazisindəki köhnə tərəvəz bazasının ərazisində tapıb. Orada cəsədləri köhnə bir tikilinin içindəki zibilliyə tullayan qadın yenidən uzərilərinə benzin töküb və odlayıb. Kənardan yanğının böyüdüyünü görüb cəsədlərin tam yanaraq kül olacağına əmin olandan sonra maşına əyləşərək ərazidən uzaqlaşıb.

Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

Yuxarıda qeyd etdiyimiz kimi, saxlanılandan sonra olanları etiraf edən qadın bildirib ki, o, uşaqları boşandıqdan sonra onları böyütməkdən bezdiyi üçün öldürmək qərarına gəlib.

Ancaq istintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları həqiqətən də sevdiyini bildirib.

“O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, – Kərimova aprelin 21-də paylaşım edib.

Y.Kərimova barəsində bilinən bir də odur ki, şəbəkə marketinqi ilə məşğul olub. İşi ilə əlaqədar bir müddət Moskvada qardaşının evində yaşayıb. Lakin biznesi alınmayıb və xeyli borca düşüb. Bununla bağlı barəsində məhkəmənin icraat qaydasında başladığı iş də olub…

Maraqlıdır ki, bu məsələdə hamı ata haqqında məsələdən yan keçməyə çalışır.

Məsələn, Yelenanın qonşusu və müəllimi Mariya deyir ki, uşaqların atası haqqında heç nə bilmirlər: “Oğlan atasını xatırlamırdı — cəmi iki yaşı vardı. Qız isə nənəsi, babası haqda danışsa da, atasını heç vaxt yada salmırdı”.

Y.Kərimovanın tanışlarının və qohumların sözlərinə görə, onun əri doğrudan da əslən Azərbaycandandır. Onun hətta saxta Ukrayna vətəndaşlığı olduğu da bildirilir. Yelena ilə isə 5 ildən artıqdır ki, tanışdırlar…

Kərimovanın anası etiraf edib ki, onların nikahının əleyhinə olub, amma Yelena onu eşitməyib və ərə gedib. Cütlük hətta Moskvaya yollanıb. Və bir neçə ildən sonra Yelena evə qayıdıb — ərsiz və ikinci uşağa hamilə vəziyyətdə…

— Mən bilirəm ki, o beynəlxalq axtarışa verilib. Amma bir ay əvvəl Nijni-Novqorodda peyda oldu və Yelenanı, uşaqları hədələməyə başladı, — deyə Yelenanın rəfiqəsi qeyd edib.

Ailəyə yaxın olanların sözlərinə görə, bundan sonra Yelenanın ərini heç kim görməyib və haqqında da heç nə eşitməyib. Bu ilin 12 martında isə Yelena boşanma barədə məsələ qaldırıb, yəni buna o özü təşəbbüs göstərib. Yelenanın rəfiqələri deyirlər ki, o çox sevinirdi: nəhayət, sərbəst olduğuna görə.

Amma sonra… Sonrasını artıq bilirsiniz.

Yekunda bir daha qeyd edək ki, amansız cinayətlə əlaqədar “Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Əgər istintaqın ittihamları təsdiqini tapsa, Y.Kərimovanı ömürlük həbs cəzası gözləyir.

Əvvəlki yazı

NAZİM İBRAHİMOV QIZINA TOY ETDİ – Nazirlər mərasimə qatılmadı (Fotolar)

Sonrakı yazı

İran prezidenti ABŞ-ı hədələdi

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.