06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kəlbəcər məktəbində biabırçılıq: Prezidentin şəklinə görə pul yığırlar VİDEO

04 Dekabr 2020, 19:57
Cəmiyyət
A A
Kəlbəcər məktəbində biabırçılıq: Prezidentin şəklinə görə pul yığırlar VİDEO

Ramana qəsəbəsində yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəblə bağlı sosial şəbəkələrdə səs yazısı yayılıb. Səs yazısında məktəbin direktor müavini Yasəmən Sarıyeva müəllim kollektivindən 10 manatdan pul yığılmasını tələb edir. Daha sonra əlavə edir ki, toplanan vəsaitlə məktəbə Heydər Əliyev və İlham Əliyevin şəkilləri alınacaq (səs yazısında bu cür deyir – red.) Y.Sarıyeva pul yığıb sinif də aça biləcəklərini xüsusi vurğulayır.
Onun bu tələbi müəllim kollektivi tərəfindən narazılıqla qarşılanır.
Digər bir səs yazısı isə məktəbin direktoru vəzifəsini icra edən Ülkər Quliyevaya məxsusdur. Maraqlı məqam ondan ibarətdir ki, məktəb direktoru nazirliyin əməkdaşlarını da hədələyir:
“O nazirlikdəkinə denən mənə zəng etsin, yaxud nömrəsini at, mən onunla danışacağam, görüm, kimdilər ki, əsassız məlumata görə bu qədər insana əziyyət verir. Nazirliyin hansı işçisidir ki, bu qədər məsuliyyəti üstünə götürüb, çıxsın cavab versin”.
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, məsələ nazirliyin diqqətindədir, artıq araşdırmalara da başlanılıb.
Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət mövzu ilə bağlı “BakuPost”a bildirdi ki, pandemiya və müharibə kimi həssas bir dönəmdə bu cür məlumatların yayılması təəssüf yaradır:
“Bütün təhsil müəssisələrinə – peşə, orta və ali məktəblərə vacib atributlar, önəmli portret və şəkillər dövlət tərəfindən tam pulsuz, ödənişsiz əsaslarla paylanılır. Hətta hansısa dövlət tədris müəssisəsinin sinif otağında asılan portret və ya şəkillərdə köhnəlmə, qüsur aşkarlanırsa, aidiyyəti quruma rəsmi şəkildə məktub göndərilir və məktəb yenidən lazım olan avadanlıqlarla təmin olunur. Bu səs yazısı təəssüf doğurur. Görünən odur ki, kollektiv arasında sağlam pedaqoji mühit formalaşmayıb. Çünki məktəblərə ödənişsiz olaraq verilən bu avadanlıqlar üçün müəllimə “pul müqabilində həmin şəkilləri əldə edə bilərsiniz” deyilməsi doğru deyil. Əsla ola bilməz. Mən özüm tədris müəssisəsinin rəhbəri, bu proseslərin şahidi kimi qeyd edirəm ki, bütün lazım olan məhsullar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi tərəfindən pulsuz olaraq verilir. Martdan bu günədək tüğyan edən pandemiyanın olmasına, eyni zamanda müharibə dövrünü keçdiyimizə baxmayaraq, heç bir vəsait, avadanlıq baxımdan çətinlik çəkmədik. Hətta dezinfeksiya tədbirləri üçün tələb olunan məhsullar da tam ödənişsiz olaraq məktəblərə ötürülüb”.
“Təəssüf edirəm ki, cəbhədə mübarizənin getdiyi bir vaxtda Kəlbəcər məktəbdə bu cür hallar baş verib və bunu mənfi, neqativ hal kimi qiymətləndirirəm”, – deyən A.Həsrət əlavə etdi ki, bu cür halların qarşısının alınması üçün ədalətli araşdırmanın aparılması şərtdir:
“Belə bir şey həqiqətən olubsa, buna göstəriş verən, icra edən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Mütləq layiq olduqları cəzanı almalıdırlar”.
Maraqlıdır ki, bir müddət öncə bu məktəbin direktoru Bəsti Hüseynova məhz eyni səbəbdən işdən qovulmuşdu. Onun da sosial şəbəkələrdə müəllimlər arasında pul bölgüsü etməsi ilə bağlı səs yazısı yayılmışdı. Bundan sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva 108 nömrəli məktəbə gələrək kollektivlə görüşmüş və direktorun işdən azad olunduğunu bildirmişdi.
Əvvəlki yazı

Hərbi əsirlərin siyahısı BQXK-yə təqdim edildi

Sonrakı yazı

Daşkəsənin İcra başçısına yeni müavin təyin olundu (FOTO)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.