05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kələğayı fotosu qalmaqal yaratdı

10 Dekabr 2019, 11:04
Seçmə, Sosial
A A
Kələğayı fotosu qalmaqal yaratdı

Bu günlərdə sosial şəbəkələrdə kəlağayı ilə bağlı reklam fotonun yayılması qalmaqala səbəb oldu. Kəlağayını reklam edən model qızların erotik poza verərək, kəlağayını başa deyil, bellərinə bağlaması xeyli tənqid olunub.

Sosial şəbəkə izləyicilərinin əksəriyyətinə görə kəlağayıdan erotik fotoların çəkilməsində bir aksesuar kimi istifadə edilməsi yolverilməzdir və bu, tarixi keçmişimizə vurulan zərbədir.

Bəziləri bu cür reklamları keçmişimizə qarşı hörmətsizlik kimi dəyərləndirib. Ancaq bunun əksinə çıxanlar da olub. Bir qisim izləyicilər kəlağayının müqəddəs, toxunulmaz olaraq yalnız baş örtüyü kimi qəbul edilməsinin doğru olmadığını qeyd edib. Maraqlıdır ki, müzakirələrdə jurnalistlər də iştirak edib, müxtəlif fikirlərlə çıxış ediblər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan jurnalist Könül Aypara həmin reklam çarxının əleyhinə olduğunu bildirdi: “Bu günlərdə bir reklam çarxına rast gəldim, sosial şəbəkələrdə paylaşılmışdı. Gördüm və üzüldüm, bu reklamın lehinə olanların rəylərini oxuduqca, daha çox məyus oldum. Mən heç də müasirliyin əksi olan insan deyiləm, əksinə, açıq düşüncəli birisiyəm. Amma hər şeyin həddi var. Milli adət-ənənələrimizi qorumağa çalışdığımız, incəsənətimiz, mədəniyyətimiz, milli mətbəximiz başqa millətlər tərəfindən mənimsənilməsin deyə çabaladığımız bir zamanda, özümüz nənələrimizin abır-həya rəmzi olan kəlağayını niyə axı ayaqlar altına atırıq?! Bu reklamın tam əleyhinəyəm və bir növ əxlaqsızlığın, tərbiyəsizliyin göstəricisi olan bu çarxda kəlağayımızı görmək istəmirəm. Reklam kimin kafasından çıxıbsa, zəhmət olmasa, milliyyətimizə dəyər verməyi bacarmırsa, heç olmasa, qız-qadınlarımıza hörmət eləsin”.

Jurnalist Günay Arda isə məsələyə bu cür mövqe bildirdi: “Bu barədə sosial şəbəkədə status yazmışdım. Təəssüf ki, şəkildəki qızlar haqda qeyri-etik ifadələr yazıldığı üçün sildim. Qeyri-etik rəylərin çoxunu qadınlar yazmışdı. Kim necə baxırsa, elə də görür. Küçədə qadın zorlayanlar da özlərinə bəzən haqq qazandırır ki, qısa geyinmişdi, məni təhrik etdi. Kimsə başqa don geyindirmək istəsə, bunu həmişə bacarar. İllərdir 3,7 milyonluq Gürcüstan qədər ola bilmirik. Ən dəxlisiz yerli məhsullarını da bəzəyib, kənara sırıyırlar. Çünki məqsəd, hədəf birdir. Dünyaya çıxmaq, məhsulu satmaq. Kəlağayının reklamı nə üçün çəkilir? Satış üçün. Alqı-satqı məhsuluna qeyrət-namus adı qoymaq duzsuz pafosdan başqa bir şey deyil. Kəlağayı müqəddəs, toxunulmaz nəsnədirsə, xaricə satılanların içinə istifadə qaydalarını da yazıb qoysunlar. Desinlər ki, düzdür, satırıq, amma bizim üçün müqəddəsdir. Ancaq başınıza bağlayın, belinizə yox. Qoy, dünya bizə gülsün. O qızlara gəlincə, kəlağayının qeyrətini çəkib, reklama çəkilən qızları təhqir edən adamlar şəxsiyyət ikiləşməsi yaşayır. Dünya dağılmaz ki, hansısa məhsulumuz satılsın, kənardan ölkəyə pul gəlsin”.

Yazıçı-kulturoloq və mədəniyyətşünas Aydın Xan Əbilov bildirdi ki, dövlət atributları, o cümlədən kəlağayı kimi qədim geyimlərlə bağlı yeniliklər hər zaman müzakirəyə səbəb olub: “Sözün düzü, həmin reklam çarxı və ya foto ilə rastlaşmamışam. Amma hər zaman müşahidə edirik ki, həm milli, həm də dövlət atributları ilə bağlı yeniliklər ortaya çıxanda, tutaq ki, kəlağayını başa deyil, belə bağlayanda insanlar həmin şəxsləri az qala xalq düşməni elan edir, sosial şəbəkələrdə, eləcə də mətbuatda polemikalar aparılır. Bu təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində baş verir. Məsələn, idman yarışlarında, alt paltarı geyimlərində Amerikanın bayrağına rast gəlirik. Həmçinin Braziliyada, Şərq ölkələrində müxtəlif paltarlarda bayraq atributlarından istifadə edildiyinin şahidi oluruq.

Azərbaycana gəldikdə isə bu məsələyə hər zaman həssaslıqla yanaşmışıq. Ola bilsin ki, həmin atributlar sovet ölkələri arasında bizi fərqləndirən amil olduğu üçündür. Atributlar həm də namus, ismət əlaməti kimi qəbul olunur. Məlum olduğu kimi, nənələrimiz kəlağayılardan çox istifadə edib. Adətən toy mərasimlərində qırmızı şallardan, yas məclislərində, bayramlarda isə kəlağayılardan istifadə olunub.

Fikrimcə, cəmiyyətimiz bu cür məsələlərə nə qədər tolerant yanaşsa, bir o qədər xeyrimizədir”.

Tanınmış dizayner-modelyer Gülnarə Xəlilova isə hər zaman kəlağayılarımızı təbliğ etməyə çalışdığını dedi:

“Bugünlərdə Azərbaycanda ilk dəfə olaraq kəlağayıdan təşkil edilmiş ”İpək Sərvət” üst geyim eksklüziv kolleksiyasının təqdimatını keçirdim. Vaxtaşırı olaraq geyimlərimizdə kəlağayının təbliğatını aparırıq.

Kəlağayını hansısa formada reklam edənləri tənqid etmək mümkün olmur. Hərə bir cür təbliğ edir”.

Kəlağayının tarixinə gəldikdə isə qeyd edək ki, kəlağayı əsrlər boyu Azərbaycanda geniş yayılmış qadın geyiminin ayrılmaz hissəsi olan baş örtüyünün adıdır. Ondan ən müxtəlif şəraitlərdə – xeyirdə, şərdə, təntənəli və adi günlərdə istifadə edilib. Bu, xalqın məişətinin xüsusiyyətlərini, dünyaya baxışını, mənəvi və estetik dəyərlərini özündə cəm eləmiş və beləliklə də mədəniyyətimizin müstəqil qatı olan Azərbaycan qadınının milli geyiminin bir hissəsinə çevrilib. Hər bir hadisə üçün bu və ya digər situasiyanın xüsusiyyətinə və əhəmiyyətinə uyğun olaraq, kəlağayının örtülməsinə dair konkret göstərişlər mövcud olub. Eyni zamanda kəlağayı sosial fərqləri aradan qaldırıb. Belə ki, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından heç nə ilə seçilməyib. Bir sözlə, kəlağayı – hər qadın üçün xüsusi olaraq hazırlanan, tayı-bərabəri olmayan, valehedici örpəkdir.

Bu baş örtüyü mütləq ipəkdən, kvadrat formasında olmalı, hazırlandıqdan sonra rənglənməli və naxışlanmalıdır. Kəlağayı məxsusi ipəkdən hazırlanır. Bu ipəyin sapları çox incə, eyni zamanda çox davamlı, yüngül və uzunömürlüdür. Kəlağayının kənarları (yeləni) və ya mərkəzi (xonça), adətən nabati, geometrik ornamentlərlə bəzədilir və hər biri təkrarolunmazdır.

Ənənəyə görə, uşaq dünyaya gələndə onu anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərdilər. Sonradan isə həmin kəlağayını zahı qadın 40 gün belinə bağlayardı ki, təzədən öz formasına qayıtsın. İnsan dünyanı tərk edəndə isə mafənin üstünə kəlağayı atırlar. Kəlağayı qadınlarımızın isməti, sülhün, əmin-amanlığın rəmzidir. Müharibənin, qan tökülməsinin qabağını almaq istəyən analarımız, nənələrimiz döyüşən tərəflərin arasına kəlağayı atanda onlar dayanırdı. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılıqlarını ona kəlağayısını verməklə bildirərdilər. Vaxtilə qadınlar bölmə kəlağayı (kəlağayının dörddə bir hissəsi) ilə başlarına “dingə” bağlayır, sonra iri kəlağayını örtərdilər”.

Kəlağayının 6 xüsusiyyəti var ki, heç bir örpəkdə bu bir yerdə olmur. Kəlağayının kənarlarındakı naxışlar dağ kimi qəbul olunur. Dağların arxasında insanlar sakit yaşaya bilərlər. Buta naxışları insanları təmsil edir. Medanxil ilə qeyd olunan hissə isə insan həyatının qurtaracağını təsvir edir. Ondan sonra insanın daha zəngin və əlvan ruhi həyatı başlanır. Bu həyat mərkəzə doğru olan hissədir. Kainatın mərkəzinə getdikcə naxışlar sıxlaşır. Çünki kainatın mərkəzi enerji baxımından ən sıx yerdir.

2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Beləliklə, bu sənət Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin ən mühüm mədəniyyət nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiq olundu.

Kəlağayıya aid ilk sərgi ölkəmizdə 2005-ci ildə keçirilib. Sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub.

Əvvəlki yazı

Ziya Məmmədovun qardaşı: “İnşallah, seçkiyə qoşularıq”

Sonrakı yazı

“EuroHome”da 3 nəfər saxlanıb

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.