06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Jurnalistin qardaşının ölümündə adı keçən hakim həbsdən necə qurtuldu? – Nazirin Zakir Qaralova yazdığı məktub üzə çıxdı

15 May 2019, 11:09
Seçmə
A A
Jurnalistin qardaşının ölümündə adı keçən hakim həbsdən necə qurtuldu? – Nazirin Zakir Qaralova yazdığı məktub üzə çıxdı
İddialar çox qorxuncdur. Həmin iddialara görə, qətldə suçlanan şəxs Azərbaycanı mötəbər idman yarışında təmsil etdiyinə görə, qanunla nəzərdə tutulmuş cəzadan kənarlaşdırılıb və həbsxanadan qurtulub. Bu iddiaların mahiyyəti, səbəbləri və nəticələrini araşdırmağa çalışdıq.
Həmin şəxs 2020 Tokio Yay Olimpiya Oyunlarında namizədlərin siyahısında yer alan Həndbol Federasiyasının baş hakimi Ələkbər Ağakişiyevdir. Ə.Ağakişiyevin adı bacısı Nailə Ağakişiyevanın nişanlısı, ANS telekanalının sabiq aparıcısı Pərvanə Sabirqızının qardaşı Pərviz Həbibovun qətlində keçir.
Ələkbər Ağakişiyev
Mərhumun bacısı Pərvanə Sabirqızı Criminal.az saytına açıqlamasında bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun qardaşını öldürən Ə.Ağakişiyevə verdiyi yüngül cəza onu sarsıdıb. Xanım jurnalist deyir ki, qardaşı Pərviz toyuna 3 ay qalmış öldürülüb və ölüm səbəbi küt əşyayla başının alın-gicgah və təpə-ənsə nahiyələrinə vurulan zərbələr nəticəsində beyin qişası altına və beyin maddəsinə qansızmalar olub:
“Bundan başqa, məhkəmə-tibb ekspertizası burun sümüyünün sınması, sol baldırının yuxarı hissəsində deşilmə və kəsilmə də daxil olmaqla, bütövlükdə onun bədənində 16 xəsarət və zədə aşkar edib. Bunu Pərvisin nişanlısı Nailə Ağakişiyevanın qardaşı Ələkbər Ağakişiyev və onun iki dostu ediblər. Amma hakim qardaşımı öldürən şəxsə prokuror 11 il cəza istəsə də, məntəqə tipli cəza rejimi ilə cəmi 2 il azadlıqdan məhrumetmə cəza verib”.
P.Sabirqızı qardaşının döyülərək öldürülməsini təsdiqləyən “whatsapp” yazışmaları da açıqlayıb: “Qardaşım ölmədən əvvəl nişanlısı və qohumumuzla vatsap yazışmalarında açıq-aydın yazıb ki, Ələkbər onun yanına gələndə tək olmayıb. Pərviz Ələkbərdən başqa 2 nəfərin olduğunu yazır, ad çəkir, birinin göz rənginn göy olduğunu bildirir, digərinin məhbusluq keçmişi olduğunu yazır. Qardaşım açıq şəkildə nişanlısı Nailəyə yazıb: “Qardaşın əllərimi tutur, digəri mən yerdəyəm üzümə üzümə təpiklər vurur”. Mesajlar istintaq materiallarındaydı, amma cəmi bir nəfər – Ələkbər Ağakışiyev məsuliyyətə cəlb olundu, o da həbssiz. İstintaq sübutlarımıza məhəl qoymadı və ya naməlum səbəbdən araşdırmaq istəmədi. Naməlum səbəbləri açıqlayacam. Amma düşünürəm ki, yüngül maddə vermək naminə digər şəxlər cinayətə cəlb edilməyib. Faktlar, yəni qardaşımın nişanlısına, qohumumuza yazdığı mesajlar, aldığı xəsarətlər onu göstərir ki, cinayət işi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə açılmalı idi. Lakin istintaq 126.3 yəni qəsdən sağlamlığa ağır zərbə vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə cinayət işi açdı. Rüşvət və yüksək rütbəli şəxslərə tapşırmaqla törədilən cinayəti ört-basdır etməyə çalışdılar”.
Daha sonra P.Sabirqızı qardaşını öldürməkdə təqsirli bilinən Ə.Ağakişiyevi həbsdən qoruyan “naməlum səbəb”i də açıqladı: “İdman naziri Azad Rəhimovun prokurorluğa müraciəti var ki, Ələkbər Ağakişiyevin idman sahəsində naliyyətləri nəzərə alınsın”.
Cinayət işinin materiallarında da nazir Azad Rəhimovun Baş Prokuror Zakir Qaralova yadığı həmin məktub var. Nazir məktubunda yazır:
Azad Rəhimov
“Hörmətli Zakir müəllim, Azərbaycanın Gənclər və İdman Nazirliyi olaraq bildiririrk ki, 1971-ci il təvəllüdlü Ələkbər Şahbaz oğlu Ağakişiyev həndbol idman növü üzrə dəfələrlə Azərbaycan çempionu, “İdman ustası” , Həndbol Federasiyasının hakimlər kollegiyasının sədri, Avropa çempionatı və kuboklarının hakimi olub. Avropa Həndbol Federasiyasının ən güclü hakimlərinin sırasında olaraq 2020 Tokio yay Olimpiya Oyunlarına namizəd hakimlərin siyahısındadır. Ə.Ağakişiyev 2018-ci il iyunun 21-də ailə münaqişəsi zəminində özünü müdafiə edib. Bu münaqişədən bir müddət sonra xoşagəlməz hadisə baş verib. Belə ki, münaqişə iştirakçılarından bir nəfər hadisədən bir həftə sonra dünyasını dəyişib. Abşeron rayon Prokurorluğu tərəfindən Ə.Ağakişiyevə cinayət işi açılıb və hal-hazırda Respublika Prokurorluğu tərəfindən araşdırma aparılır. Bununla əlaqədar Ə.Ağakişiyevin himayəsində 4 azyaşlı övladının olduğunu və yuxarıda qeyd olunanları nəzərə almağınızı sizdən xahiş edirik”.
Azad Rəhimovun Baş prokurora yazdığı məktub
P.Sabirqızı iddia edir ki, qardaşını öldürən Ə.Ağakişiyevin azadlıqda gəzməsinə yol açan məhz A.Rəhimovun baş prokurora yazdığı məktubdur. Əks halda, hakim Ə.Abbasov məhkəmə-tibbi ekspertizanın P.Həbibovun xəsarətləri, ölüm səbəbi ilə bağlı verdiyi rəyini boş kağız parçası hesab etməzdi.
 
“Belə çıxır ki, hər hansı bir idmançı qolunun gücünü idman meydançasında, yarışlarda deyil, küçələrdə istədiyi vaxt göstərib, özündən qat-qat zəif insanları öldürüb sonra nazirlərə, məmurlara tapşıraraq heçnə olmamış kimi evində otura bilər? Keçən ayın əvvəllində prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında verdiyi fərman bizim ümidimizi daha da artırmışdı. Lakin fərmandan 2 həftə sonra qardaşımın ölümü ilə bağlı hakim Əlövsət Abbasovun sədrliyi ilə işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm bizi sarsıtdı. Qardaşımın qatili Ələkbər Ağakişiyevə hakim Əlövsət Abbasov CM-nin 124-cü maddəsi ilə yəni, ehtiyatsızlıqdan adam öldürmə ilə məntəqə tipli cəza rejimiylə cəmi 2 il azadlıqdan məhrumetmə cəzası verdi. Siz şəkilləri görmüsünüz, ekspertizanın rəyi var, mesajlar var. Bu necə ehtiyatsızlıqdan adamöldürmə ola bilər axı? Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində islahatların aparılmasını, neqativ hallara yol verilməməsini, şəffaflığın təmin edilməsini tövsiyə etdiyi fərmanında verdikdən 14 gün sonra hakim Əlövsət Abbasovun bu cür hökm verməsi və prezidentin göstərişinə məhəl qoymamasının arxasında ne durur və ya kım durur? Ədalət budurmu?”.
Ə.Ağakişiyevun hadisə yerində dindirilməsi
P.Sabirqızı eyni zamanda qardaşının döyülərək öldürməsi ilə bağlı təqsirli şəxsin məhkəmə ifadəsinə istinad edib: “Məhkəmə zamanı Ələkbər özü də, eləcə də qardaşımı onunla bərabər döyən, lakin azadlıqda gəzən əlbirlərindən biri və Ələkbərin xeyrinə ifadələr verən Tural da etiraf ediblər ki, Ələkbər ilk vurduqdan sonra qardaşım yerə yıxılıb. Amma buna baxmayaq Ələkbər vurmağa davam edib. Belə halda bu artıq ehtiyatsızlıqdan olmadığını bir daha sübut edir. Qardaşım Turalın adını da mesajlarda qeyd edib. Pərviz nişanlısının təkidi ilə vəhşicəsinə döyüldüyünü hüquq-mühafizə orqanlarından gizlətmək məqsədiylə tibbi yardım da almadı, nişanlısına görə dəhşətli ağrılara dözüb qardaşımın whatsapp mesajlarında yazdıqlarına inanmamaq üçün məhkəmənin və ya istintaqın nə əsası ola bilərdi axı?”.
Mərhumun bacısı deyir ki, bütün bunlar azmış kimi qardaşına böhtan da atılır: “Güya Pərvizin əlində bıcaq olub. Ekspertiza bıçaq zərbələrinin elə qardaşımın bədənınə endirildiyini müəyyən edib. Qarşı tərəf Pərviz bıçaqla el-qol atanda yəqin özünü vurub deyə ifadə versə də, Məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunub ki, bıçaq zədəsi elə bir yerdədir ki, Pərviz Həbibov heç cür özünə bıçaqla vura bəlməzdi. Bu qədər dəlil sübut…. Bizim hüquqlarımı o zaman kim qoruyacaq? Kimə hansı quruma inanaq? Bizim soyumuzu kəsiblər, mən qardaşımın qəbrini ziyarət edə bilmirəm. Nə deyim ona? Qatillərin keyf eliyir? Ikisi çöldə biri də evində oturacaq ayda bir dəfə gedib imza atıb gələcək?”.
Məhkəmə-tibbi ekspertizasının rəyi
Ekspert rəyində aydın yazılıb ki, mərhum P.Həbibovun ölümünə səbəb başın küt travması nəticəsində beyin toxuması və qişaları altına qansızma olub. Daha sonra rəydə yazılıb ki, xəsarətlərin xarakteri və yerləşdiyi nayihələr meyidin müayinəsi zamanı aşkar edilən xəsarətlər ən azı 5-6 zərbənin bilavasitə təsirindən ola bilərdi. Bundan başqa ekspert rəyi mərhumun yıxılaraq ölməsini də təkzib edir. Rəydə yazılıb ki, zərərçəkmişin öz boyu hündürlüyündən sərbəst yıxılması zamanı yarana bilməsi də mümkün deyil.
Məhkəmə-tibbi ekspertizasının rəyi
P.Həbibovun bıçaqlanması da rəydə öz əksini tapıb: “Mərhum Pərviz Həbibovun sol sağrı nahiyəsindəki deşilmiş-kəsilmiş yara kəsici-deşici alətin, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törədilmiş, yetirmə müddəti 21.06.2018-ci tarixinə uyğun gəlir və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil”.
Şikayətçi hesab edir ki, bir qaranlıq məqam da hökmün aprelin 17-də oxunmasına baxmayaraq, hələ də məhkəmə protokolunu ala bilməmələri ilə bağlıdır: “Hər gün protokol istəndikdə “protokol hələ hazir deyil” cavabını alır. Sual yaranır: Protokol hazır deyilsə hökm hansı sənədlərlə və əsaslarla çıxarılıb??? Bəlkə də ifadələri dəyişməyə çalışırlar. Mən artıq buna da təəcüblənmərəm.
Biz Apelyasiya şikayəti vermişiq. Prezident administrasiyasinda qəbulda olmuşam, prezident İlham Əliyevə, birinci vitse prezident Mehriban xanım Əliyevaya, prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova, Ədliyyə Naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, respublikanın baş prokuroru Zakir Qaralova, sikayət ərizəsi və müvafiq sənədləri göndərmişəm. Bu gülünc və ədalətsiz hökmün ləğv edilməsini, işin təkrar ibtidai istintaqa qaytarilmasını və qardaşımın ölümüylə nəticələnən hadisədə iştirak etmiş digər şəxslərin də məsuliyyətə cəlb edilməsini, onların hamısının törətdiyi əmələ layiq cəza almalarını, bir sözlə ədalətin bərqərar olmasını tələb edirik. Qardaşım Nailə ilə 6 aydan çox nişanlı olub. Qardaşımın qıza yazdığı bəzi mesajlardan məlum olur ki, Ələkbəri cinayətə məhz bacısı təhrik edib.
 
Mərhum Pərviz Həbibov
Mən istərdim ki, cinayət məsuliyyətinə qız cəlb edilsin. Qardaşını qıcıqlandırıb və o da bir neçə nəfərlə Pərvizin üstünə gedib. Hadisədən sonra da qız Pərvizə yalvarıb ki, polisə getməsin. Qardaşım neçə gün əziyət çəkdi, sonra isə qansızmadan dünyasını dəyişdi”.
Məlumat üçün bildirək ki, mərhumun atası Sabir Həbibov tanınmış həkimdir, tibb üzrə Rusiyanın fəxri doktorudur. Tibb elmində icadına görə Rusiya dövləti tərəfindən mükafatlandırılıb. Azərbaycan prezidenti tərəfindən də tibb elmindəkli xidmətlərinə görə, fəxri diplomla da təltif edib.
Sonda qeyd edək ki, zərərçəkmiş tərəf apellyasiya şikayəti verib. Onlar ümid edir ki, apellyasiya instansiyası onların sübutlarını nəzərə alacaq və cionayətkarlar layiqli əzasını alacaqlar.





Əvvəlki yazı

Baş nazirin müavini:”Həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri leqallaşıb”

Sonrakı yazı

DİN:Ötən gün yol qəzalarında 4 nəfər ölüb

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.