Kanal13-ün analitik verilişinin aparıcısı İsmayıl İslamoğlu 46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınıb.
Reportyor.info xəbər verir ki, Şirvan şəhərindən mərhum nazirin oğlu Rəşad Camalov da namizədliyini irəli sürüb.
Rəşad Camalovun əsas rəqiblərindən biri də İsmayıl İslamoğludur. Çünki sözügedən şəxs ölkənin ən reytinqli internet televiziyasının əməkdaşıdır. İsmayıl İslamoğlu sosial şəbəkə hesabından da dəfələrlə açıqlayıb ki, seçki günü jurnalist həmkarları seçkini yaxından müşahidə edəcəklər. Elə bu səbəbdən Rəşad Camalovun narahatçılıq içində olduğu bildirilir. Məsələ ilə əlaqədar qarşı tərəfi də dinləməyə hazırıq.