Aztimes.az saytının əməkdaşı Pərvin Abışova sosial şəraitinin, maddi vəziyyətinin ağırlaşması ilə əlaqədar Nazirlər Kabineti qarşısında tək adamlıq aksiya keçirib. Reportyor.info xəbər verir ki, jurnalist tətbiq edilən karantin rejimi səbəbindən işləyə bilmədiyini, Operativ Qərargahın qoduğu qadağalar ucbatından işsiz qaldığını bildirib.
Jurnalist karantin rejiminin yumşaldılmalı olduğunu, işləmək üçün şərait yaradılmasını tələb edib. Hadisə yerinə gələn polis əməkdaşları onu ərazidən kənarlaşdırıblar və polis bölməsinə aparıblar.