İvanişvili onların planını məhv etdi – Rus ekspert

19 Noyabr 2019 - 09:22
55 oxunma

Gürcüstanda aksiyalara baxmayaraq, hakimiyyət hələ də güclüdür.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.

“Hazırki situasiya olduqca qeyri-müəyyəndir. Lakin fikrimcə, Gürcü Arzusu, ümumiyyətlə, hakimiyyət hələ güclüdür. Müxalifətin çıxışları davam edəcək. Hakim partiya deputatlarının proporsional seçki ilə bağlı qərarı müxalifətə ağır zərbə oldu. Mən Vahid Milli Hərəkatı, onun törəmələrini və parlamentdə olub təsir güclərini artırmağı hədəfləyənləri nəzərdə tuturam. Bu, Gürcüstan Vətənpərləri Alyansıdır. Bu qərar hazırda parlamentdə olmayanlara, lakin oraya can atanlara güclü təsir etdi: Nino Burcanadze və onun Demokratik Gürcüstanı… İvanişvili çoxlarının planını məhv etdi”, – deyə politoloq bildirib.

Silayev əlavə edib ki, mitinqin dağıdılmasından sonra müxaliflər yenidən birləşə bilər.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"