01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İtaliyanın taleyini yaşamaq istəmiriksə…” – Baş infeksionistdən şok

31 Mart 2020, 13:25
Gündəm, Manşet
A A
“İtaliyanın taleyini yaşamaq istəmiriksə…” – Baş infeksionistdən şok

Dünyanın 203 ölkəsində yüz minlərlə insan koronavirus infeksiyasına yoluxub, minlərlə insan ölüb. Azərbaycanda isə faktiki olaraq, 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.

Bəs xəstəliyin ölkə daxilində artımına səbəb nədir? Daha çox adam testdən keçirilir, yoxsa başqa səbəblər var?

Bəzi iddialara görə, xəstəliyin ilk dönəmində xaricdən gələnlərin karantinə alınmasında boşluqlar olub ki, indi daxili yoluxmaların sayının artması onunla əlaqəlidir. Bu gedişlə artım daha çox olsa, nə etməliyik?

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev Musavat.com-a xəstəliyin Azərbaycanda sürətlə yayılması barədə fikirləri bölüşmədiyini söylədi. O, bir çox ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxanların sayının az olduğunu vurğuladı.

“Deməzdim ki, bizdə sürətlə yayılıb. Bir çox ölkələrin statistikasına baxmaq lazımdır, onlarda virus daha çox adamda aşkarlanıb.

Ancaq yenə də bizdə bu hallar təbii ki, var. Əgər qohum-qonşuda varsa, hava-damcı yolu ilə infeksiyanın keçməsi təbiidir.
Ona görə də ilk növbədə Operativ Qərargahın tövsiyələrinə, qoyulan qadağalara əməl olunmalıdır. Əgər bu qadağalara riayət etməsək, sosial izolyasiya qaydalarına əməl olunmasa, o halda sabah yoluxanların sayı daha çox artacaq. İndi Azərbaycanda 200-dən çox adamda aşkarlanıbsa, bu rəqəm 500 də ola bilər”, – deyə C.İsayev xəbərdarlıq etdi.

Baş infeksionist yoluxma hallarının artmamasının yeganə və əsas yolunun təması aradan qaldırmaq olduğunu xatırlatdı: “Yoluxma sayı niyə artmalıdır? İnsanlar qoyulan qadağalara əməl eləsinlər ki, artmasın.

Elə olmasın ki, daha ciddi tədbirlər görülsün. Əgər qoyulan qadağalar yerinə yetirilməsə, sabah İtaliya, İspaniya kimi ölkələrin taleyini yaşaya bilərik.

Bilirsiniz ki, indi bu ölkələrdə ağır xəstələrə süni nəfəs aparatları tapılmır. Ona görə qocalardan süni nəfəs aparatını götürüb cavanlara qoşurlar ki, heç olmasa gənclər yaşasınlar.

Odur ki, özümüzü qorumaq üçün maska taxmaq, dezinfeksiya etmək – bütün bunlar yaxşıdır. Lakin yoluxmadan uzaq olmağın əsas yolu təcriddir”.

C.İsayev xaricdən gətirilən azərbaycanlıların karantinə alınmasında boşluqlara yol verilməsi iddiaları ilə razılaşmadı:
“Əvvəla, xaricdən gələnlər özümüzünkülərdir, həmvətənlərimizdir. Onların arasında tələbəsi, iş adamı, turisti var. Amma əsas İrandan başladı. Sual olunur ki, niyə birinci yoluxma halları xaricdən gələnlərdə başlandı.

Çünki inkubasiya dövründə məlumat yox idi. Hətta elələri olub ki, testdə pozitiv çıxmayıb, evə gedib, sonra onda xəstəlik meydana çıxıb. O nöqteyi-nəzərdən kimisə günahlandırmaq, günahkar axtarmaq lazım deyil.

Azərbaycan dövləti bütün qabaqlayıcı tədbirləri həyata keçirməkdədir və öz effektini verməkdədir.

Dövlət tərəfindən virusla mübarizə üçün vəsait ayrılıb, bu məbləğ artırılıb, Koronavirusla Mübarizə Fonduna şirkətlər, qurumlar, insanlar dəstək verirlər.

Yəni, bütün bunlar həmrəyliyimizi göstərir. Eyni zamanda bu xəstəliklə mübarizə aparan fədakar həkimlərimizin maaşı artırılıb və bu, çox gözəl addımdır.

Ona görə də əhalidən tələb olunan yalnız qadağalara əməl etməkdir ki, daha sərt addımlar atılmasın. Vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur”.

Əvvəlki yazı

“Ən pis ssenari ilə üzləşə bilərik” – Deputat

Sonrakı yazı

Deputat Mehman Hüseynovla qalmaqaldan danışdı – Müsahibə

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.